Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Azenco JSC Mühəndis-inşaatçı vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Əsas tikinti və təmir üçün plan qrafiklərin, materialların siyahısı, cədvəlini, cizgiləri oxumağı, görülmüş işlər üzrə icra aktların tərtibi (Forma-2), onlardan materialların sərfiyyat cədvəllərinin çıxarılmasını bilməli.
- Əsaslı tikinti obyektlərində görülmüş işlərin aylıq fiziki həcmlərinin toplanması, təmir üçün lazım olan detal və ehtiyat hissələrinin (məqsədli sifariş üzrə) qrafikinin hazırlanması.
- İstehsalat sanitariya və gigiyena, yanğın təhlükəsizliyi qaydalarına riayət etmək.
- Əsaslı tikinti, əsaslı təmir və quraşdırma obyektlərinin təhvil-təslim aktlarının müvafiq hesabatları ilə birlikdə qəbulu və qeydiyyatını aparır.
- Əsaslı təmir işlərində obyektlərdə bina və qurğuların təmirlərinin qüsur aktlarına əsasən texniki smeta sənədlərin düzgün hazırlanmasına nəzarət edir;
- Müəssisənin texniki inkişaf səviyyəsinin yüksəldilməsi üçün texniki təşkilatı tədbirlər işləyib hazırlayır, təmir-tikinti sazlama işlərinin keyfiyyətini, yeni texnikanın istehsalata tətbiq edilməsi üçün təklif və planlar irəli sürür.
- Təmir-tikinti, sazlama və quraşdırma işləri üçün material və ehtiyat hissələrinə tələbat normalarını hesablayır, tətbiqinə nəzarət edir.
- Sifarişçidən daxil olan illik və cari sifarişlərin işlənməsi və aidiyyatı üzrə istehsalat sahələrinə verilməsinə nəzarət edir.
- İstehsalata verilmiş sifarişlərin icrasına nəzarət edir.
- Sifarişçi tərəfindən təqdim edilmiş layihələr üzrə müzakirələrdə iştirak edir;
- Tikinti və təmir obyektlərinin yenidən qurulması və genişləndirilməsi layihələri üzrə müqavilələrin hazırlanması və tərtib edilmısində iştirak edir, layihələr rəy verir.
- Ona tapşırılmış layihə və tikinti təşkilatlarının müqavilə öhdəliklərinin yerinə yetirilməsinə nəzarət edir, öz iradlarını bildirir.
- Sifarişçi və podratçı təşkilatlarla birgə, tikintisi başa çatmış obyektlər üzrə texniki sənədlərin hazırlanıb qəbul komissiyalarına (işçi, qəbul, dövlət) təqdim edilməsini təşkil edir
- Tikintisi başa çatmış obyektlərin komissiyaları (işçi, qəbul, dövlət) tərəfindən qəbul edilməsində iştirak edir.
Namizədə bağlı tələblər:
- Təhsili: Ali təhsil (İnşaat fakultəsi/ İnşaat mühəndisi)
- İş təcrübəsi: İnşaat mühəndisi olaraq ən az 6 il (fasiləsiz) iş təcrübəsi olmalı;
- Kompüter bilikləri: MS Office proqramları (Word, Excel). AutoCAD,
- Dil bilikləri: Azərbaycan dili (yazılı və şifahi sərbəst ünsiyyət); Digər dillər əlavə üstünlük hesab olunur
Əlavə məlumat:
- Əməkhaqqı: namizədin bilik və bacarıqlarına görə müəyyən edilir.