Mühəndis-elektrik
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

TITAN Group MMC Mühəndis-elektrik vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə öhdəlikləri:

  • Soyuducu qurğuların (aqreqatların, mərkəzi sistemlərin, monoblokların) elektrik şəbəkəsinə qoşulması layihələrinin hazırlanması;
  • Soyuducu kameraların daxili işıqlandırma layihələrinin hazırlanması;
  • Qurğuların elektrik enerji sərfiyyatlarının hesablanması;
  • Elektrik sxemlərin çəkilməsi;
  • Elektrik şitlərin və elektron idarəetmə panellərin normalarının tərtib olunması;
  • Layihələrə nəzarət;
  • Müvafiq şöbədən daxil olan tapşırıqların yerinə yetirilməsi;
  • Həftəlik hesabatların hazırlanması və müvafiq şöbəyə təqdim edilməsi.

Namizədə tələblər:

  • Elektrik mühəndisliyi və ya aidiyyati sahə üzrə ali təhsil;
  • Microsoft Office (Word, Excel, Power Point, Outlook);
  • Zəif orta axım, torpaqlama, işıqlandırma, hesablama, güc sistemləri üzrə biliklərə malik olmaq;
  • Elektrik sxemlərini oxumaq və tərtib etmək bacarığı;
  • Elektrik avadanlıqlar ilə iş təcrübəsi;
  • Əsas götürülmüş və elektrik avadanlıqlarının işinə təsir edən fiziki prosesləri başa düşmək;
  • Sənaye müəssisəsində elektrik təchizatının qurulmasının əsasları haqqında biliklərin olması;
  • AutoCAD proqramında sərbəst işləmə bacarığı;
  • Müvafiq sahə üzrə 1-2 illik iş təcrübəsi;
  • Azərbaycan və Rus dili biliyi (yazılı və şifahi sərbəst ünsiyyət), İngilis dili arzuolunandır;
  • Güclü analitik təhlil qabiliyyətinə və riyazi düşüncəyə malik olması;
  • Problemi qısa zaman çərçivəsində həll edə bilmə və analiz etmə bacarığı;
  • Müvafiq hesabatları yazılı və şifahi təqdim etmə bacarığı;

İş qrafiki:

  • 09:00-18:00; (Bazar ertəsi – Cümə)
  • Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.
  • Uyğun olan namizədlər öz CV-lərini mövzu hissəsində “Sənayə soyutma sahəsi üzrə Mühəndis-elektrik” qeyd etməklə hr@titan.az mailinə  göndərə bilərlər.
  • Ünvan: Y.Səfərov k., 1A/2, Bakı, Azərbaycan.

Oxşar vakansiya siyahısı:

Mexanik

Embawood MMC Mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Embawood

18.04.2024 - Xırdalan