Mühəndis avtomatik
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

STP Global Cable Mühəndis avtomatik vəzifəsi üzrə vakansiya elan edir.

Tələblər:

  • Müvafiq sahə üzrə ali təhsil
  • Sahə üzrə minimum 3 il iş təcrübəsi;
  • MS office proqramlarında yüksək səviyyədə işləmə bacarığı;
  • Azərbaycan dilini sərbəst, ingilis dilini yaxşı səviyyədə bilməli;
  • İşgüzar və məsuliyyətli olmalı;
  • Sahə üzrə sertifikatların olması arzuolunandır.

Hansı işləri görəcəksiniz:

  • Təzyiq, sərf, istilik səviyyə ölçən və digər cihzaların, avtomatik vasitələrin quraşdırılması, təmir edilməsi, sazlanması, yustirlənməsi və sınanması;
  • Nəzarət və idarəetmə sistemlərinin bloklarını, qida bloklarının və məlumat-ölçü qovşaqlarının sazlanması, quraşdırılması və istismara verilməsi. Hər cür nəzarət-ölçü cihazları tətbiq etməklə nizamlanan aparatların elektrik parametrlərinin yoxlanılması;
  • Mexanizmlərin, cihazların, sistemlərin nizamlanması və sınanması üçün stend və imitasiya sxemlərinin qurulması;
  • Müasir TP AİS-nin və NÖC və Avtomatika vasitələrinin tətbiq edilməsində və öyrənilməsində iştirak edilməsi, təmiri, sazlanması və texniki xidmət üçün iş yerlərinin hazırlanması;
  • Texniki xidmət obyektlərində plan-cədvələ əsasən istifadə edilən cihazların metroloji yoxlanmalarının yerinə yetirilməsinə nəzarət edilməsi;
  • Avtomatlaşdırma sahəsində müasir TP AİS-ni və avtomatika vasitələrini öyrənməklə texniki biliklərinin səviyyəsini sistematik artırılması;
  • Nizamlanan aparatların sazlama metodlarının aydınlaşdırılması və nəzarət-ölçü cihazları və enerji mənbələri ilə birləşmə sxemlərinin hazırlanması;
  • Elektrik prinsipial, funksional və texnoloji proses-avtomatika vasitələri sxemlərini oxumağı və quraşdırma işlərində obyektlərin avtomatlaşdırılması layihələrindən istifadə etmə bacarığı;
  • Quraşdırma işlərində tələb olunan standartlara əməl etməli və görülən işin keyfiyyətə cavabdeh olmalı.

Nə əldə edəcəksiniz?

  • Ölkənin ən böyük sənaye müəssisəsində işləmək imkanı;
  • Təlim və inkişaf məsələlərində şirkətin tam dəstəyi;

Əlavə məlumatlar:

  • Əmək haqqı şirkət daxili mövcud dərəcələndirmə sistemi çərçivəsində təyin edilir;
  • Şirkət tərəfindən naharla və nəqliyyatla (servis) təmin edilmə;
  • Tibbi sığorta mövcuddur;
  • İş vaxtı: Bazar ertəsi – Cümə, 08:00 – 17:00;
  • İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Mühəndis avtomatik” yazaraq 20.10.2022-ci il tarixinədək göndərilməsi xahiş olunur.

Oxşar vakansiya siyahısı:

800 — 1000 ₼
Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis

“Azprotein Foods Group” MMC  “Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis”  vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

04.04.2024 - Bakı