Smeta üzrə Mühəndis
vakansiya — 2023

Şirkətlər üçün:

Elan sifarişi:
Reklam sifarişi:

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Altus Engineering Group Smeta üzrə Mühəndis vəzifəsi üzrə vakansiya elan edir. Eskiz və işçi layihəni oxuma bacarığı olmalıdır.

Tələblər:

  • Təhsil: Ali (Memarlıq və İnşaat Universitetinin senaye və mülki tikinti ixtisası üzrə bitirənlər üstünlük veriləcək);
  • Eskiz və işçi layihəni oxuma bacarığı;
  • Təcrübə: Minimum 3 il;
  • Komputer bilikləri: Autocad , Microsoft Office proqramları;
  • Dil: Azəri, İngilis, Rus (yüksək səviyyədə).

Vəzifə öhdəlikləri:

  • Tikinti üzrə verilmiş mexaniki (HVAC) və elektrik işləri üzrə smetaların tərtib edilməsi;
  • Layihə sənədlərinə, tikinti norma və qaydalarına, texniki şərtlərə və başqa normativ sənədlərə əməl olunmasına nəzarət edilməsi;
  • Layihə üzrə görülən işlərin günlük və həftəlik iş planının hazırlanması;
  • Görülmüş işlər üzrə aylıq və həftəlik hesabatların hazırlanıb lahiyə rəhbərinə təqdim olunması;
  • Metodiki və normativ materialların, texniki sənədlərin, eləcə də işlənib hazırlanmış layihə və proqramların yerinə yetirilməsi üçün tədbirlər və təkliflərin işlənib hazırlanması;
  • İnşa olunacaq obyektlər üzrə komplektləşdirilmiş layihə-smeta sənədlərinin olmasını və onların, təyinatına əsasən, tikinti-quraşdırma işlərinin icrası üçün verilməsinin təmin edilməsi;
  • Yeni normativ qiymət, preyskurant, kataloqlar, vahid qifmətlər toplusu və s. qüvvəyə minməsi ilə əlaqədar, vaxtlı-vaxtında layihə-smeta sənədlərində lazımi dəyişikliklərin edilməsi;
  • Layihə-smeta sənədlərini lahiyə təşkilatları ilə razılaşdırmaya hazırlanması;
  • Tikintisi başa çatmış obyektlərin layihələndirilməsinə çəkilən xərclərin silinməsi üçün mühasibatlığa lazımi sənədlərin təqdim edilməsi;
  • Layihə-axtarış işləri üzrə tapşırıqların icrası haqqında aylıq, illik hesabatların tərtib edilməsi.

Bilməlidir:

  • Azərbaycan Respublikasının ərazisində mövcud tikinti norma və qaydaları, eləcə də, müvafiq normativ hüquqi aktlarını;
  • Tikintidə layihə-smeta işlərinin təşkili üzrə, müvafiq icra hakimiyyəti orqanlarının qərar, sərəncam, əmrlərin və digər istinad edilən, rəhbər tutulan metodiki, normativ sənədləri;
  • Layihə-smeta sənədlərinin işlənib hazırlanmasının təşkilini, onların razılaşdırma və təsdiq etmə qaydalarını;
  • Smeta, smeta-maliyyə hesablamaları və kalkulyasiyaların tərtib olunması üzrə metodiki və vahid qiymətlərin toplu və kataloqlarının, inşaat materialları, konstruksiya, məmulat, avadanlıqların quraşdırılması üzrə, qiymətlər cədvəllərinin preyskurant topluları və avadanlıqların, materialların tipləşdirilimiş dəstlərinin tərtib və istifadə olunma qaydalarını;
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın əleyhinə mühafizənin norma və qaydalarını.

İş şəraiti:

  • Həftədə 6 iş günü, 1 gün istirahət;
  • Əmək haqqı: namizədin təcrübə, bilik və bacarıqları əsasında təyin edilir;

Müraciət etmək üçün CV-lərinizi [email protected] ünvanına göndərməyiniz xahiş olunur.

Oxşar vakansiya siyahısı:

400₼
Fəhlə istehsalat

Ə/h 400 AZN. Ayan MMC Fəhlə üzrə vakansiya elan edir. ...

Ayan MMC

15.03.2023 - Xırdalan

Biləsuvar PİEZ filialında aqronom ( pambıqçılıq üzrə)

AzərPambıq ASK MMC Biləsuvar PİEZ filialında aqronom ( pambıqçılıq üzrə) vəzifəsi üzrə vakansiya elan edir. ...

Azərpambıq ASK MMC

07.03.2023 - Biləsuvar

500 — 700 ₼
Montajçı Elektrik

AZELKO MMC Montajçı Elektrik vəzifəsi üzrə vakansiya elan edir. ...

AZELKO MMC

03.03.2023 - Bakı

SƏTƏM üzrə kiçik mütəxəssis

Mars Overseas BakuSƏTƏM üzrə kiçik mütəxəssis (Şəmkir) vəzifəsi üzrə vakansiya elan edir. ...

Mars Overseas Baku

03.03.2023 - Şəmkir

10 AZN24 saat
CV sifariş et