Meliorasiya və su təsərrüfatı tikintisi mühəndisi
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ricon MMC Meliorasiya və su təsərrüfatı tikintisi mühəndisi vəzifəsi üzrə vakansiya elan edir. Kollektivlə işləmə bacarığı olmalıdır.

Namizədlər aşağıda göstərilənləri bilməlidir:

  • Torpaqların melorasiya və suvarma qaydalarını və normalarını;
  • Hidrotexniki qurğuların, su hovuzlarının, bəndlərin və s. sudanmühafizə qurğularının tikinti-quraşdırma qaydalarını;
  • Hidrotexniki qurğuların və bəndlərin mövsüm təmirlərinin yerinə yetirilməsini;
  • Melorasiya üzrə texniki avadanlıqların, qurğuların layihələndirilməsinin və alışının təşkili qaydalarını;
  • Təsərrüfatlarda suvarma suyundan istifadə qaydalarını və sudan istifadə qrafiklərinin hazırlama prinsiplərini;
  • Damlama, yeraltı damlama, damcılama, yağış yağdırma və s. üsullarla ilə bitkilərin suvarma normalarını, qaydalarını və həmin avadanlıqların tətbiqi qaydalarını;
  • Suvarma avadanlıqlarına tələb olunan ehtiyat hissələrinin sifarişi və təmiri qaydalarını;
  • Təsərrüfatlar üzrə torpaqların qurudulması, suvarılması və melorasiya olunmasının planlaşdırılmasını;
  • Hovuzların, boru xəttlərinin və su bəndlərinin cari və əsaslı təmiri qaydalarını;
  • Nasos avadanlıqlarının təmiri və seçimi aqydalarını;
  • Suvarma sistemləri, suvarma qurğularının, boru xəttlərinin layihələndirilməsi üçün texniki tapşırıqların hazırlanması qaydalarını;
  • Yeni tikilmiş hidrotexnik və melorasiya qurğularının istismara qəbul qaydalarını;
  • Hidrotexniki qurğularda qəzaların aradan qaldırılması, təhlükəsiz istismar və əməyin mühafizə qaydalarını.

Namizədə tələblər:

  • Yaş: 35-65
  • Təhsil: Ali təhsil
  • Təcrübə: Aidiyyati sahədə 7 ildən çox iş təcrübəsi
  •  Kompüter bilikləri: AutoCAD, Microsoft Office və s.
  • İşində məsuliyyətli və dəqiq olmalı
  • Əmək haqqı bacarıq və biliklərə görə dəyişir

Maraqlanan şəxslər CV formalarını mövzu yerində “Meliorasiya və su təsərrüfatı tikintisi mühəndisi” qeyd edərək hr@ricon.az ünvanına göndərsinlər xahiş edirəm.

Oxşar vakansiya siyahısı:

800 — 1000 ₼
Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis

“Azprotein Foods Group” MMC  “Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis”  vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

04.04.2024 - Bakı