Mühəndis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h 500 AZN. A+A Security Mühəndis vəzifəsi üzrə vakansiya elan edir. Ezamiyyət imkanı olmalıdır.

Vəzifə öhdəlikləri:

  • Təklif olunan malların xüsusiyyətləri və imkanları barəsində və eləcə də rəqabətçi istehhlakçıların malları barəsində dərindən bilmək
  • Obyektin öyrənilməsində və texniki həllin işlənib hazırlanmasında iştirak etmək
  • Quraşdırma işlərində iştirak etmək;
  • Yaranan texniki problemlərin həll edilməsi
  • İstehlakçının texniki dəstək xidməti ilə əlaqənin qurulması
  • Xidməti öhdəliklərin və müqavilələrin hesabatı
  • Müqavilə öhdəliklərinə uyğun olaraq müntəzəm xidmət barəsində planların hazırlanması və onların yerinə yetirilməsinin təşkil edilməsi
  • Müştərilərin telefon və e-mail vasitəsilə texniki dəstəyin göstərilməsi
  • Müştərilər üçün texniki sənədlərin hazırlanması
  • Müştərilərin öyrədilməsi və təkrar təlim keçirilməsi
  • Plandan kənar xidmət sifarişlərinin qəbul edilməsi və yerinə yetirilməsi
  • Zəmanət təmirinin və zəmanət vaxtınından sonra təmirin təşkil edilməsi
  • Göstərilmiş xidmət üçün ödənişin alınması
  • Təchizatçılar ilə İstehsal edilmiş avadanlığın funksionallığının inkişafı və mövcud səhvlərin aradan qaldırımasına dair istiqamətləndirilmiş işin görlməsi
  • Xidmət üzrə məsrəf və gəlirlərin aylıq və rüblük hesabatı

Tələblər:

  • Ali təhsil (Mühəndislik)
  • Azərbaycan dili, ingilis və rus dilləri (orta səviyyədə)
  • Minimum 1 il təcrübə
  • Komputer və elektronika bilgilərinə orta səviyyədə malik olması
  • Avadanlıqla işləmək üçün əl qabiliyyəti olsun
  • Ezamiyyət imkanı olsun
  • Kollektivlə işləmə
  • Yaş həddi: 22 – 40
  • Cinsi: kişi

İş şərtləri:

  • Həftə içi: 09:00 – 18:00-dək (nahar vaxtı saat 13:00-14:00)
  • İstirahət günləri – şənbə və bazar günləri
  • Əmək haqqı – başlanğıc 500 (net) AZN, sınaq müddəti keçdikdən sonra isə 500-700 (net) AZN

Maraqlanan şəxslərdən CV-lərini hr@aplusa-security.com ünvanına göndərmələri xahiş olunur.
E-mail göndərilərkən mövzu hissəsinə “Mühəndis” başlığı yazılmalıdır.

Oxşar vakansiya siyahısı:

Mexanik

Embawood MMC Mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Embawood

18.04.2024 - Xırdalan

800 — 1000 ₼
Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis

“Azprotein Foods Group” MMC  “Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis”  vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

04.04.2024 - Bakı