Qısa məzmun
“Aznet Technologies” QSC Telekommunikasiya şirkətinə Layihəçi mühəndis tələb olunur.
Tələblər:
- Təhsil: Ali (Mühəndislik ixtisası üzrə)
- Uyğun sahə üzrə ən azı 3 il peşəkar təcrübə;
- Autocad, Google earth ( kmz file-larla işləmək), ArcGİS proqramlarını mükəmməl bilməli;
- Ünsiyyət qurabilmə, analiz və təhlillər apara bilmək bacarığı olmalı;
Dil bacarıqları: Azərbaycan və Rus dili sərbəst danışıq və yazma; - Professional etik davranışları, gərgin şəraitdə işləmə bacarığı, (Vaxtın düzgün idarə edilməsi sahəsində təcrübəli mütəxəssislərə üstünlük verilir.);
- Eyni zamanda bir neçə layihəni idarə etmək üçün güclü liderlik, düzgün proqnoz vermək və təşkilatçılıq bacarıqları;
Vəzifələr:
- Ərazilərə layihə üçün texniki baxış keçirilməsi, GPON və FTTH layihələrinin hazırlanması;
- Magistrla kabellərin planlarının, çertyojlarının, vizualizasiyalarının və KMZ fayllarının hazırlanması;
- Layihəyə texniki və metodiki rəhbərliyi həyata keçirir, layihə üzrə bütün işlərin və mərhələlərin ardıcıllığını təmin etməlidir;
- Layihə çərçivəsində iş bölgüsünü etmək, vəzifələri təyin etmək;
- Resursların ayrılmasına, düzgün istifadəsinə nəzarət etmək və layihənin müəyyənləşdirilmiş büdcə çərçivəsində həyata keçməsini təmin edir;
- Layihə çəçivəsində yarana biləcək riskləri müəyyən etmək, qarşısını alınması üçün tədbirlər planı hazırlayır və ehtiyac yarananda tətbiq etmək
- Yeni layihələrin inşasında, texnoloji proseslərin işlənib hazırlanmasında və mövcüd tikintinin rekonstruksiyasında əməyin təşkilini normativ-hüquqi tələblərə uyğun olaraq həyata keçirmək.
- Hazırlanan hesabatlar ilə əlaqədar işin həcmini, maliyyə ehtiyacı və layihə sonu proyeksiya ehtimalları ilə layihənin hazırlanması zamanı ortaya çıxa bilən səhvləri müəyyən edərək lazımi tədbirlərin alınmasını təmin etmək .
- Ondan asılı olan layihə və ya layihələrin baş planı, büdcə və iş proqramlarının hazırlanması, lazım olduğu təqdirdə təftiş edilməsi, bunların icrasına nəzarət etmək və rəhbərliyə hesabat vermək.
- İstifadə edilən hər növ material, avadanlıq ilə əlaqədar lazımi testləri aparmaq, nümunələri almaq, kitabça və zəmanət sənədlərini nəzərdən keçirmək, və təsdiq edilməsi lazım olan sənədləri rəhbərliyə çatdırmaq.
- Vəzifələri ilə bağlı hər növ yazışma, müqavilə, hesabat və s. sənədlərin nizamlı şəkildə hazırlamaq və saxlamaq .
İş şəraiti:
İş qrafiki: Həftəiçi hər gün saat 09:00-dan 18:00-dək
İstirahət günləri: şənbə və bazar.
İşə qəbul AR Əmək Məcəlləsi qanunvericiliyinə uyğun olaraq aparılır.
Ünvan: Çinar Park Biznes Mərkəzi. 1-ci bina
Email: cv@az-net.az
CV göndərilərkən məzmun yerində “Layihəçi mühəndis” qeyd olunması mütləqdir.
Oxşar vakansiya siyahısı:
Keyfiyyətə Nəzarət Üzrə Mütəxəssis – Hacıqabul ( İstehsal )
Hajigabul Poultry Farm Company Keyfiyyətə Nəzarət Üzrə Mütəxəssis - Hacıqabul ( İstehsal )vəzifəsi üzrə vakansiya elan edir ...