Qısa məzmun
Azərbaycan Dəmir YollarıMühəndis (Texnoloji nəqliyyat xidməti) vəzifəsi üzrə vakansiya elan edir.
Təsvir
- Maşın və mexanizimlərin işini izləmək və onların düzgün istismarını təmin etmək;
- Yol vərəqələri və digər sənədlərin düzgünlüyünə nəzarət etmək, onların vaxtında və düzgün təqdim edilməsini təmin etmək;
- Nəqliyyat vasitələrinin yanacaq sərfiyyatını və yürüşünü hesablamaq, istismar göstəricilərini təhlil etmək;
- Sürücü və maşinistlərin iş qrafiklərini hazırlamaq və onların iş-istirahət rejimlərinə nəzarət etmək;
- İstehsal prosesinə uyğun nəqliyyat tələbatını öyrənmək və nəqliyyat vasitələrinin effektiv bölüşdürülməsini təşkil etmək;
- Hesabatların hazırlanması və istismar materiallarının istifadəsi ilə bağlı nəzarəti həyata keçirmək;
- Gündəlik iş rejimi.
Tələblər
- Təhsil səviyyəsi: Ali (Müvafiq sahə üzrə) ;
- İş təcrübəsi: Müvafiq sahə üzrə ən az 1 il;
- Texniki sənədlərin oxunması və şərh edilməsi bacarığı;
- Maşın və mexanizimlərin istismar qaydaları və texniki xarakteristikaları üzrə biliklər;
- Dəmiryol işarəvermə təlimatları və qatarların hərəkəti üzrə biliklər;
- Yük daşınması, yükləmə-boşaltma prosesləri və mexanizmlərinin texniki və istismar xüsusiyyətlərini bilmə bacarığı;
- Əməyin mühafizəsi və təhlükəsizlik texnikası, yanğından mühafizə və yol hərəkətinin normaları üzrə məlumatlılıq.