Mühəndis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ricon MMC Mühəndis vəzifəsi üzrə vakansiya elan edir. İngilis dili arzuolunandır.

Namizədə dair tələblər:

  • Müvafiq sahədə 7 ildən az olmayan iş təcrübəsi;
  • Sənaye və mülki tikinti və ya inşaat mühəndisliyi üzrə ali təhsil;
  • Eskiz və işçi layihəni oxuma bacarığı;
  • Kompüter biliyi: MS Word, MS Excel, MS Project, AutoCad,; / MS Excel yüksək səviyyədə tələb olunur.
  • Məsuliyyətli, dəqiq və işini vaxtında, keyfiyyətli təhvil verilməsi;
  • Fikrini detallar üzərində cəmləşdirmək və bir necə işi eyni zamanda aparmaq bacarığı.
  • Mühəndis: Bilməlidir.
  • AR ərazisində mövcud tikinti norma və qaydaları, eləcə də, müvafiq normativ hüquqi aktlarını;
  • Layihə-smeta sənədlərinin işlənib hazırlanmasının təşkilini, onların razılaşdırma və təsdiq etmə qaydalarını;
  • Smeta, smeta-maliyyə hesablamaları və kalkulyasiyaların tərtib olunması üzrə metodiki və vahid qiymətlərin toplu və kataloqlarının, inşaat materialları, konstruksiya, məmulat, avadanlıqların quraşdırılması üzrə, qiymətlər cədvəllərinin preyskurant topluları və avadanlıqların, materialların tipləşdirilimiş dəstlərinin tərtib və istifadə olunma qaydalarını;
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın əleyhinə mühafizənin norma və qaydalarını.

Vəzifə öhdəlikləri:

  • Tikinti üzrə verilmiş memarlıq və konstruktiv həllər əsasında iş həcimlərinin yığılmas,bölüşdürülməsi və smetaların tərtib edilməsi;
  • Layihə sənədlərinə, tikinti norma və qaydalarına, texniki şərtlərə və başqa normativ sənədlərə əməl olunmasına nəzarət edilməsi;
  • Layihə üzrə görülən işlərin günlük və həftəlik iş planının hazırlanması;
  • Görülmüş işlər üzrə aylıq və həftəlik hesabatların hazırlanıb layihə rəhbərinə təqdim olunması;
  • Metodiki və normativ materialların, texniki sənədlərin, eləcə də işlənib hazırlanmış layihə və proqramların yerinə yetirilməsi üçün tədbirlər və təkliflərin işlənib hazırlanması;
  • İşlərin, xidmətlərin görülmə müddətlərinin ixtisara salınmasının mümkünlüyünün araşdırılması, onların yerinə yetirilməsi prosesinin hazırlanması, lazımi texniki materiallar, məlumatlar və avadanlıqla təmin olunmanın nəzərə alınması;
  • İşlərin qrafiklərini, sifarişləri, ərizələri, təlimatları, sxem və digər texniki sənədləri tərtib edilməsi, eləcə də təsdiq olunmuş forma və müəyyən olunmuş müddətlər üzrə qoyulmuş hesabatların tərtib edilməsi;
  • Obyektlərin layihələndirilməsi üçün ilkin məlumatların hazırlanması, layihələndirmə üçün tapşırıqların tərtib edilməsi;
  • Cari layihələndirmə üçün əmək üzrə limitlərin paylaşdırılmasının hazırlanması;
  • Yeni normativ qiymət, preyskurant, kataloqlar, vahid qiymətlər toplusu və s. qüvvəyə minməsi ilə əlaqədar, vaxtlı-vaxtında layihə-smeta sənədlərində lazımi dəyişikliklərin edilməsi;
  • Tikintisi başa çatmış obyektlərin layihələndirilməsinə çəkilən xərclərin silinməsi üçün mühasibatlığa lazımi sənədlərin təqdim edilməsi;
  • Layihə-axtarış işləri üzrə tapşırıqların icrası haqqında aylıq, illik hesabatların tərtib edilməsi.
  • Sifarişçinin tələbinə əsasən büdcənin hesablanması və tikinti prosesinin hər mərhələsi üçün ayrılıqda büdcə smetasının hazırlanması;
  • Müqavilə əsasında materiallar, miqdar, işçi qüvvəsi və vaxt müddəti daxil olmaqla müqavilə xərclərinin hazırlanması və təhlili;
  • Vahid qiymət analizləri;∙
  • Müqaviləyə daxil olmayan iş həcminin dəyərləndirilməsi;
  • Layihə cizgilərində dəyişikliklərin sənədləşdirilməsi və büdcənin yenilənməsi;
  • Tikinti materialları və inventarına nəzarət;
  • Sub-podrat firmalara müqavilə ödənişlərinin təhlili və tətbiqi.
  • BOQ qiymətləndirmə
  • İş qrafiki: 5 günlük iş qrafiki – 09:00 – 18:00
  • Əmək haqqı: müsahibə zamanı təyin olunur
  • Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini və portfoliolarını (mütləqdir) mövzu sətrində vakansiyanın adını “ Mühəndis” qeyd edərək, hr@ricon.az elektron ünvanına göndərilməsi xahiş olunur.

Oxşar vakansiya siyahısı:

Mexanik

Embawood MMC Mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Embawood

18.04.2024 - Xırdalan

800 — 1000 ₼
Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis

“Azprotein Foods Group” MMC  “Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis”  vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

04.04.2024 - Bakı