İsitmə soyutma sistemləri üzrə mühəndis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Smarton MMC şirkəti İsitmə soyutma sistemləri üzrə mühəndis vəzifəsi üzrə vakansiya elan edir.

SmartON – LG Electronics, Panasonic, Gree və Daikin kimi aparıcı markaların Azərbaycandakı rəsmi distribyutorudur. Şirkətin əsas fəaliyyəti satış və servis üzərində qurularaq növbəti xidmət növlərini təklif edir:

  • Topdan və pərakəndə satış
  • Korporativ satış
  • SmartOn.az onlayn mağaza üzərindən satış
  • Rəsmi və avtorizə olunmuş servis mərkəzləri

Şirkət hər zaman müştərilərin istəklərini, tələbatlarını üstün tutaraq, qurduğu düzgün müştəriyönümlü siyasət nəticəsində ətrafında geniş miqyaslı müştəri kütləsi yarada bilmişdir.

Vəzifə öhdəlikləri:

  • İsitmə, soyutma və havalandırma sistemləri qurulacaq obyektə baxış keçirərək layihələndirilməsi;
  • Lahiyə üzrə sərf materiallarının hesablanması;
  • Müştərilərə təklifin hazırlanması;
  • Sifarişçiyə aid məkana gedərək lazimi ölçülərin və texniki tapşırıqların əldə olunması
  • Avadanlıqların seçimi üçün Sifarişçiyə avadanlıqların texniki imkanı və quraşdırılma özəllikləri haqqında ətraflı məlumatın verilməsi
  • Lahiyə razılaşdırıldıqdan sonra onun dəyərinin və iş müddətinin hesablanıb Sifarişçiyə təqdim olunması,
  • Təqdim olunmuş təklif və layihə əsasında işin icrasının təşkili və planlaşdırılması (ehtiyac duyularsa podratçi şirkətlərin tapılması, lazım olan materialların təhcizatı ilə bağlı uyğun qiymətlərin araşdırılması və.s), nəzarət edilməsi və Sifarişçiyə təhvil verilməsi;
  • İşlərin quraşdırma mərhələsində işə nəzarət etmək

Namizədə qarşı tələblər:

  • kondisioner (əsasən VRF) və Havalandırma sistemləri sahəsində dərin biliyinin olması
  • qazanxana, Çiller sistemlər biliyi (arzuolunandır)
  • obyektdə (quraşdırma sahəsinə) nəzarət etmə bacarığının olması
  • İş təşkilatçılığının olması (sahədə)
  • təqdimat bacarığı
  • müştəri bazasının olması.
  • AutoCAD biliyi
  • Revit (arzuolunandır)
  • ali texniki təhsilli
  • Iş təcrübəsi 3-5 il

Şərtlər:

  • AR Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə və sınaq müddətindən sonra tibbi sığorta ilə təminat, əmək haqqı bilik və təcrübədən asılı olaraq 1000 -1500 manat
    İş qrafiki: 10:00-19:00, həftədə 5 gün

Əgər yuxarıda qeyd olunan tələblərə cavab verirsinizsə və bu vəzifəyə iddia etmək istəyirsinizsə müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu hissəsində göstərməklə CV-nizi ingilis dilində tərtib edərək hr@smarton.az elektron ünvanına göndərməyiniz xahiş olunur. Əks təqdirdə müraciətinizə baxılmaya bilər.

.

Oxşar vakansiya siyahısı:

Mexanik

Embawood MMC Mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Embawood

18.04.2024 - Xırdalan

800 — 1000 ₼
Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis

“Azprotein Foods Group” MMC  “Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis”  vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

04.04.2024 - Bakı