Qısa məzmun
Palıd-2015 MMC Mühasib vəzifəsi üzrə vakansiya elan edir. Analitik düşünmə və analiz qabiliyyəti olmalıdır. Nahar şirkət tərəfindən verilir.
İşin təsviri:
- Sistemə yeni mal-materialın adlarını daxil edilməsi;
- Mövcud hazır mal-materialın maya dəyərinin düzgün hesablanması üçün lazım olan göstəricilərin müəyyənləşdirilməsi və daimi nəzarətdə saxlanması;
- Məhsullar üzrə mal-materialın maya dəyərlərinin hesablanması və faktiki formalaşan maya dəyərləri ilə müqaisənin aparılması;
- Aylıq faktiki göstəricilərlə (sərfiyyat və itki) planlaşdırılmış göstəricilərin müqaisə olunması;
- Aylıq istehal olunmuş məhsulların maya dəyərlərinin düzgün formalaşmasının təmin edilməsi;
- Ay sonu istehsal sahəsində çalışan işçilərin əmək haqqlarının və Kommunal xərclərinin müəyyənləşdirilməsi və sistemə daxil edilməsi;
- Aylıq istehsal edilmiş məhsulların tam maya dəyərinin formalaşdırılması;
- İstehsal sahələri tərəfindən yazılmış əməliyyatların mütəmadi olaraq sistemdə yoxlanılması və sənədlərin təmin etməli;
- Gündəlik istehsalla bağlı yaranan sualların cavablandırılması;
- Mühasibatlıq sənədlərinin olduğu kimi qorunub saxlanmasını təmin etməli, müəyyən olunmuş qaydaya əsasən onların arxiv ötürülməsini həyata keçirməli;
- Aidiyyatı sahə üzrə rəhbər şəxslərin digər tapşırıqlarını həyata keçirməlidir.
İş barədə məlumat:
- İstirahət günləri : Bazar günü;
- Nahar şirkət tərəfindən verilir;
- Əmək Müqaviləsinə əsasən işə qəbul;
- Iş yeri: Binəqədi rayonu.,Zəngəzur şadlıq sarayının arxası;
- Əlaqə nömrəsi: 050-277-33-31
Əməkhaqqı: Razılaşma yolu ilə.
Tələblər:
- Təhsil: Ali iqtisadi təhsil (Maliyyə/Mühasibat uçotu üzrə ali təhsil)
- Yaş həddi: 25-45;
- Dillər: Azərbaycan dili;
- Komputer bacarığı: 1C ; Excel (əla səviyyədə), Microsoft Office, Outlook;
- İstehsalat sahəsində ən azından 2-3 il iş təcrübəsi;
Şəxsi keyfiyyətləri:
- Fikrini izah etmək qabliyyəti;
- Ünsiyyət yaratmaq bacarığı;
- İşə planlı yanaşması;
- Fəal olması;
- Analitik düşünmə və analiz qabiliyyətinin olması, işinə vicdanla yanaşan, dəqiq və dürüst olması tələb olunur.
Qeyd:
- İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur;
- Bu sahələr üçün CV-nizi e-mail ünvanına göndərin (məktubun mövzu bölməsində, vakansiyanın adını qeyd etmək mütləqdir, əks halda namizədliyinizə baxılmayacaqdır).
Oxşar vakansiya siyahısı:
Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti)
PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mühasib
Mətanət A şirkəti Mühasib vəzifəsi üzrə vakansiyasını elan edir ...