Mühasibatlıq, vergi və xarici hesabatlıq üzrə Mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

PASHA Capital Mühasibatlıq, vergi və xarici hesabatlıq üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə öhdəlikləri:

  • Şirkətin gündəlik fəaliyyətində mühasibatlıq uçotunun aparılmasının koordinasiyası (Milli Mühasibat Uçotu Standartları və MHBS-ə uyğun olaraq);
  • Mərkəzi Bank və müvafiq nəzarət orqanları ilə bütün qarşılıqlı əlaqələrin idarə olunması;
  • Mərkəzi Bank tərəfindən müəyyən edilmiş əmsalların hesablanmasına nəzarət edilməsi;
  • Maliyyə Uçotu Siyasətinin MUBS və MUMS əsasında işlənib hazırlanması və tətbiq edilməsi;
  • Şirkətin Vergi Siyasətinin işlənib-hazırlanması, tətbiqi və vergi hesabatlığının təşkil edilməsi;
  • Müvafiq hesabatların nəzarət orqanlarına (maliyyə və vergi) dəqiq və vaxtında təqdim olunması;
  • Gündəlik cut-off-lara və EOM prosesinə nəzarət edilməsi;
  • Gündəlik əsasda daxili müştərilərin sual və sorğularının cəvablandırılması;
  • Vergi hesablanmasının, o cümlədən ödənilən və qaytarılan vergi məbləğinin düzgünlüyünü təmin etmək məqsədilə bütün ödənişlərin nəzərdən keçirilməsi;
  • Mühasibat və vergi məsələləri üzrə metodoloji dəstək, müvafiq biznes vahidlərinə məsləhətlərin verilməsi;
  • Qiymətli Kağızların uçotunu təmin etmək;
  • Audit sorğusunun vaxtında icrasını təmin etmək;
  • Şirkətin layihələrində Maliyyə Departamentinin təmsil edilməsi;
  • Əmək haqqının hesablanması;
  • Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar.

Namizədlərə əsas tələblər:

  • Maliyyə, iqtisadiyyat üzrə ali təhsil;
  • Sahə üzrə 2 – 4 il iş təcrübəsi (investisiya xidmətləri sahəsi üzrə təcrübə üstünlük hesab edilir);
  • Milli Mühasibat Uçotu Standartları, ACCA / Dip İFRS / CIMA sertifikatları;
  • AR Vergi Məcəlləsi bilikləri;
  • Azərbaycan, rus və ingilis dillərində iş aparmaq qabiliyyəti;
  • SAP proqram bilikləri;
  • Analitik bacarıqlar;
  • Güclü Excel bilikləri;
  • Bazar üzrə biliklər;
  • Məsuliyyətlilik və operativlik.

Maraqlanan şəxslər elektron məktub başlığında “Mühasibatlıq, vergi və xarici hesabatlıq üzrə Mütəxəssis” qeyd etməklə öz CV-lərini göndərə bilərlər.

CV-lərin göndərilməsi üçün son tarix:30.04.2022-ci il.

Oxşar vakansiya siyahısı:

Borcların təhlili üzrə kiçik mütəxəssis

Unibank Borcların təhlili üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Unibank

30.04.2024 - Gəncə

Mühasib

CMT Group MMC Muhasib vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

25.04.2024 - Bakı

600 — 800 ₼
Mühasib köməkçisi

“Az Protein Foods Group” MMC  Mühasib köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

24.04.2024 - Bakı

Maliyyə meneceri

AZDIZAYN GROUP Maliyyə meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

AZ Dizayn Group

23.04.2024 - Bakı

600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi

Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Embafinans

15.04.2024 - Bakı

500₼
Mühasib Kassir

CMT Group MMC Muhasib -kassir vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

06.04.2024 - Gəncə