Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Ziraat Bank Azərbaycan ASC Mühasibatlıq üzrə böyük mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Maliyyə təhlili üzrə biliklərə sahib olmalıdır.
Vəzifəyə olan tələblər:
- Ali iqtisadi təhsil;
- Mükəmməl iqtisadi və maliyyə biliklərinin olması;
- Mühasibatlıq sahəsində 3 / 6 il iş təcrübəsi;
- ACCA və ya CIMA sertifikasiyasının olması. ACCA F3 (FA), F7 (FM) və ya CIMA BA3, F1 (FRT) sertifikatının olması və ya adıçəkilən kitabların məzmununu əla səviyyədə bilmək;
- AR Vergi Məcəlləsini yaxşı səviyyədə bilməli;
- MS Office proqramlarını (xüsusi ilə MS Excel) bilmək və işində istifadəsini təmin etməsi;
- SQL biliyi arzuolunandır;
- Azərbaycan dili (əla), ingilis dili (orta) səviyyədə biliklərə malik olması;
- Yüksək səviyyədə məntiq və riyazi bilik;
- Analitik düşünmə qabilliyəti və yaranmış problemlərin həll etmək bacarığının olması.
Vəzifə öhdəlikləri:
- Bankın mühasibat uçotunun qanunvericiliyə müvafiq düzgün və şəffaf şəkildə aparılması, aparılan ödənişlərin və digər sənədlərin qeydiyyat və icrasını həyata keçirmək;
- Əsas vəsaitlərin uçota alınması, aparılması və aylıq amortizasiyasının hesablanması;
- Vergi və digər dövlət orqanlarına ödənilən vergi və rüsumların uçotunun aparılması;
- Bankın debitor və kredit hesablarına, filiallararası hesablaşmalarına nəzarət edilməsi;
- Əmək haqqı və onunla bağlı hesablaşmaların aparılması;
- Xərclərin büdcəyə uyğunluğunun yoxlanılması və icrası;
- Günün sənədlərinin yığılması;
- Müxbir hesablara nəzarət edilməsi.
Göstərilən tələblərə cavab verən namizədlər aprel ayının 12-dək öz CV formalarını cv@ziraatbank.az elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Mühasibatlıq üzrə böyük mütəxəssis” qeyd etməyiniz vacibdir.
Oxşar vakansiya siyahısı:
Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti)
PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mühasib
Mətanət A şirkəti Mühasib vəzifəsi üzrə vakansiyasını elan edir ...