Mühasibatlıq Şöbəsinin Rəhbəri
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Sinteks Group of Companies Mühasibatlıq Şöbəsinin Rəhbəri vəzifəsi üzrə vakansiya elan edir.

Sinteks Şirkətlər qrupuna hal hazırda Mühasibatlıq Şöbəsinin Rəhbəri tələb olunur.

Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilməsini və CV-də müvafiq bilik və bacarıqların işarə edilməsini xahiş edirik.

Vəzifənin rolu:

Bu vəzifənin rolu şirkətin BMHS və vergi qanunvericiliyinə uyğun uçotun və hesabatların aparılmasını təmin etməkdir.

Vəzifə öhdəlikləri:

  • Mühasibat uçotunu və uçot siyasətini beynəlxalq, yerli və ümumqəbuledilmiş uçot prinsiplərinə uyğun olaraq formalaşdırır və həmin prinsiplərə uyğun aparılmasını təmin edir
  • Şirkətin daşınan və daşınmaz əmlakının, həmçinin azqiymətli əşyaları və mal-material ehtiyatlarının uçotunun aparılmasını təmin edir
  • Əmək haqqı hesablamalarının qanunvericiliyə uyğun aparılmasını təmin edir
  • Vergi ilə bağlı riskləri idarə edir
  • Daxili, xarici audit və vergi yoxlamalarını idarə edir
  • BMHS-in tələblərinə uyğun olaraq maliyyə hesabatlarının tərtib edilməsini təmin edir
  • Dövlət orqanlarına edilən ödənişlərin, verilən hesabatların və müvafiq məlumatların Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olmasını təmin edir

Əsas tələblər:

Təhsil:

  • İqtisadiyyat, Maliyyə və ya Biznesin idarəedilməsi sahəsində Ali təhsil
  • Tətbiqi bilik və tətbiq bacarıqları üzrə ACCA imtahan sertifikatları

Təcrübə:

  • Maliyyə və Mühasibat sahəsində 5 ildən çox iş təcrübəsi
  • Qeyd olunan vəzifədə ən azı 3 il iş təcrübəsi

Professional Biliklər:

  • Maliyyə uçotu (BMHS üzrə)
  • Vergi Məcəlləsi
  • Beynəlxalq Vergi Qanunvericiliyi
  • İngilis və Rus dili arzuolunandır
  • MS Office və 1C Proqramları

Professional Bacarıqlar və Kompetensiyalar:

  • İdarəetmə bacarığı
  • İş bölgüsü
  • Zamanın idarəolunması
  • Analitik düşüncə
  • Detallara diqqət
  • Ünsiyyət bacarıqları
  • Məsuliyyət

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Mühasibatlıq Şöbəsinin Rəhbəri” qeyd edərək elektron poçt ünvanına göndərə bilərlər

Oxşar vakansiya siyahısı:

Maliyyə üzrə mütəxəssis

AZDIZAYN GROUP Maliyyə meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

AZ Dizayn Group

17.05.2024 - Bakı

Maliyyə meneceri

AZDIZAYN GROUP Maliyyə meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

AZ Dizayn Group

17.05.2024 - Bakı

1000 — 1500 ₼
İstehsalat üzrə mühasib

Abacus Audit And Consulting İstehsalat üzrə mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

Abacus Audit And Consulting

14.05.2024 - Bakı

Kredit mütəxəssisi

Bokt “Falcon Finance” MMC Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. Fərdi və komanda tərkibində işləmə qabiliyyəti olmalıdır. ...

Falcon Finance

03.05.2024 - Xudat

Borcların təhlili üzrə kiçik mütəxəssis

Unibank Borcların təhlili üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Unibank

30.04.2024 - Gəncə

Mühasib

CMT Group MMC Muhasib vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

25.04.2024 - Bakı

600 — 800 ₼
Mühasib köməkçisi

“Az Protein Foods Group” MMC  Mühasib köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

24.04.2024 - Bakı

Maliyyə meneceri

AZDIZAYN GROUP Maliyyə meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

AZ Dizayn Group

23.04.2024 - Bakı