Qısa məzmun
Sinteks Group of Companies Mühasibatlıq Şöbəsinin Rəhbəri vəzifəsi üzrə vakansiya elan edir.
Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilməsini və CV-də müvafiq bilik və bacarıqların işarə edilməsini xahiş edirik.
Vəzifənin rolu:
Bu vəzifənin rolu şirkətin BMHS və vergi qanunvericiliyinə uyğun uçotun və hesabatların aparılmasını təmin etməkdir.
Vəzifə öhdəlikləri:
- Mühasibat uçotunu və uçot siyasətini beynəlxalq, yerli və ümumqəbuledilmiş uçot prinsiplərinə uyğun olaraq formalaşdırır və həmin prinsiplərə uyğun aparılmasını təmin edir
- Şirkətin daşınan və daşınmaz əmlakının, həmçinin azqiymətli əşyaları və mal-material ehtiyatlarının uçotunun aparılmasını təmin edir
- Əmək haqqı hesablamalarının qanunvericiliyə uyğun aparılmasını təmin edir
- Vergi ilə bağlı riskləri idarə edir
- Daxili, xarici audit və vergi yoxlamalarını idarə edir
- BMHS-in tələblərinə uyğun olaraq maliyyə hesabatlarının tərtib edilməsini təmin edir
- Dövlət orqanlarına edilən ödənişlərin, verilən hesabatların və müvafiq məlumatların Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olmasını təmin edir
Əsas tələblər:
Təhsil:
- İqtisadiyyat, Maliyyə və ya Biznesin idarəedilməsi sahəsində Ali təhsil
- Tətbiqi bilik və tətbiq bacarıqları üzrə ACCA imtahan sertifikatları
Təcrübə:
- Maliyyə və Mühasibat sahəsində 5 ildən çox iş təcrübəsi
- Qeyd olunan vəzifədə ən azı 3 il iş təcrübəsi
Professional Biliklər:
- Maliyyə uçotu (BMHS üzrə)
- Vergi Məcəlləsi
- Beynəlxalq Vergi Qanunvericiliyi
- İngilis və Rus dili arzuolunandır
- MS Office və 1C Proqramları
Professional Bacarıqlar və Kompetensiyalar:
- İdarəetmə bacarığı
- İş bölgüsü
- Zamanın idarəolunması
- Analitik düşüncə
- Detallara diqqət
- Ünsiyyət bacarıqları
- Məsuliyyət
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Mühasibatlıq Şöbəsinin Rəhbəri” qeyd edərək elektron poçt ünvanına göndərə bilərlər.
Mənbə: JobSearch.az
Oxşar vakansiya siyahısı:
Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti)
PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mühasib
Mətanət A şirkəti Mühasib vəzifəsi üzrə vakansiyasını elan edir ...