Qısa məzmun
ƏMƏK HAQQI: Ştat cədvəlinə uyğun olaraq. Dövlət Məşğulluq Agentliyi Mühasibatlıq şöbəsinin Baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
STRUKTURUN ADI:Maliyyə departamenti
VAKANT VƏZİFƏ:Mühasibatlıq şöbəsi / Baş mütəxəssis
ƏMƏK HAQQI: Ştat cədvəlinə uyğun olaraq
Vəzifə funksiyaları:
- İlkin mühasibatlıq sənədlərinin, hesablaşmalarının və ödəniş sənədlərinin hazırlanmasının təşkil edilməsi;
- Gündəlik əməliyyatların və uçot yazılışlarının mühasibat uçotu proqramına daxil edilməsi;
- Agentlik tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsinin təşkil edilməsi;
- Aylıq, rüblük və illik olan vergi, DSMF, Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi;
- Aylıq əmək haqqının, məzuniyyətlərin və işçilərə olan digər ödənişlərin hesablanması;
- Əsas vəsaitlərin inventarizasiyasının müəyyən olunmuş müddətdə keçirilməsinə nəzarət və iştirak edilməsi;
- Aparılan ödənişlərin aylıq xərclər smetasına uyğun olmasına nəzarət edilməsi;
Vəzifənin tutulmasına dair tələblər:
- Müvafiq sahə üzrə ali təhsil;
- Müvafiq sahədə ən az 3 il iş təcrübəsi;
- Dil bilikləri: dövlət dili (sərbəst), rus və ingilis dili (arzuolunandır);
- Kompüter bilikləri: “Microsoft Office” proqramları (yaxşı səviyyədə);
- Mühasibat uçotu üzrə beynəlxalq sertifikatların olması (ACCA, CİMA və s.);
- 1C mühasibat proqramı üzrə təcrübənin olması;
- Azərbaycan Respublikası Vergi Məcəlləsi üzrə biliklərin olması.
Vəzifəyə dair tələb edilən şəxsi keyfiyyətlər və bacarıqlar:
- Məsuliyyətlilik;
- Etibarlılıq, dürüstlük;
- İnkişaf yönümlü və innovativlik;
- Operativlik, çeviklik;
- Təşəbbüskarlıq;
- Nəticəyə hədəfli;
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Mühasibatlıq şöbəsinin baş mütəxəssisi”qeyd etməklə göndərmələri xahiş olunur.
Həmçinin CV-lərinizi https://www.cvyarat.az/ platformasında da yaradaraq göstərilən vakansiyaya müraciət edə bilərsiniz.
mənbə: jobsearch.az
Oxşar vakansiya siyahısı:
Aznet Technologies QSC Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir.a ...
Ə/h 1000-1800 AZN. Abacus Audit And Consulting Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Askona Mühasib (Əmək haqqı və ödəmələr üzrə) vəzifəsi üzrə vakansiya elan edir. ...
Zeytun Pharmaceuticals Daxili Audit Üzrə Kiçik Mütəxəssis/ Mütəxəssis/ Aparıcı Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...