Qısa məzmun
Şam Fi Mühasibatlıq şöbəsinə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Namizədə tələblər:
- Ali təhsil (Maliyyə, İqtisadiyyat, Mühasibat uçotu və əlaqəli ixtisaslar üzrə təhsili olan namizədlərə üstünlük verilir)
- Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
- Microsoft Office biliklərinin olması (Excel yüksək səviyyədə)
- E-gov.az, .e-taxes.gov.az və digər portallardan istifadə etmək bacarığı
- Vergi, əmək qanunvericilikləri üzrə biliklər
- Komanda ilə işləmək bacarığı
Vəzifə öhdəlikləri:
- Mühasibat hesabının müxtəlif sahələri üzrə əməliyyatları (əsas vəsaitlərin, əmtəə-maddi qiymətlilərin, istehsala çəkilən xərclərin, məhsulun satılmasının, təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrinin hesabının aparılması, sifarişçilərin-tədarükçülərin hesabı, eləcə də göstərilən xidmətlərə və s. hesabı) yerinə yetirilməsi;
- Pul vəsaitlərinin, əmtəə maddi qiymətlilərin hərəkəti ilə bağlı əməliyyatları mühasibat hesabında əks etdirilməsi;
- Şirkət adından ödəmə aparılarkən köçürmə ərizələrinin, ödəmə sifarişlərinin və digər sənədlərin düzgün hazırlanmasına nəzarət edilməsi;
- E-Qaimə Faktura, Elektron Vergi Hesab Fakturalarının tərtib olunması və göndərilməsi
- Vergi orqanlarından daxil olan məktubların nəzarətda saxlanılması və müvafiq yazışmaların aparılması;
- Pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin inventarizasiyasının müəyyən olunmuş müddətə keçirilməsinə nəzarət və iştirak;
- Elektron qaimə-fakturaların portala daxil edilməsi;
- Rəhbərlik tərəfindən mühasibatlığa dair verilən digər tapşırıqların icra edilməsi.
İş şəraiti şərtləri:
- ARƏM-ə uyğun rəsmiləşmə;
- İş günləri: Həftə içi 5 gün, 09:00-18:00
- İş yeri: Xətai rayonu, Nobel pr. 25
- Əmək haqqı namizədin bilik və təcrübəsinə uyğun olaraq müəyyən ediləcək (450-600 AZN)
Vakansiya tələblərinə uyğun olan namizədlər CV-lərini “Maliyyə departamentinin Mühasibatlıq şöbəsinə kiçik mütəxəssis” başlığı ilə mail ünvanına göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
AGRO - WEST DC LLC şirkəti Maliyyə nəzarət mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Siyəzən Broyler MMC Mühasib-operator vəzifəsi üzrə vakansiya elan edir. ...
SUPERFON Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
SUPERFON Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Camal LTD şirkəti 1C operator vəzifəsi üzrə vakansiya elan edir. Məsulliyyətli, ciddi və işguzar olmalıdır. ...
Camal LTD şirkəti 1C operator vəzifəsi üzrə vakansiya elan edir. Məsulliyyətli, ciddi və işguzar olmalıdır. ...