Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Para BOKT Mühasibatlıq şöbəsinə baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. 1 il iş təcrübəsi olmalıdır.
“Para” Bank Olmayan Kredit Təşkilatı namizədlərə Mühasibatlıq şöbəsinə baş mütəxəssis vəzifəsini təklif etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Peşəkar tələblər:
- Mühasibat uçotu, bank işi və ya iqtisadiyyat sahəsində ali təhsilin olması;
- Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (MHBS) haqqında anlayış və onların tətbiqi təcrübəsinə malik olması;
- Qüvvədə olan Azərbaycan Respublikasının qanunvericiliyini və AMB-nin normativ xarakterli aktlarını bilməsi;
- İki illik iş təcrübəsinə təcrübəyə malik olması;
- Təşkilatın əməliyyatlarının bütün aspektləri ilə tanış olması;
- Müvafiq proqram təminatları, iş və riyazi təfəkkür qabiliyyəti
Vəzifə öhdəlikləri:
- DSMF-na periodik hesabatların hazırlanması və təqdim olunması;
- DSK-nə periodik hesabatların hazırlanması və təqdim olunması;
- DVİ-nə periodik bəyannamələrin hazırlanması və təqdim olunması;
- Təşkilata gələn DSMF, DSK və DVİ tərəfindən sorğularına yazılı cavabların hazırlanması;
- Qanunvericilikdə nəzardə tutulan müddətdə bank əməliyyatlarına dair dövlət vergilərin hesablanması və ödənilməsinə nəzarət edilməsi;
- DSMF və DVİ ilə bankın hesablaşmaların tutuşdurulması işini mütəmadi aparılması;
- DSMF və DVİ tərəfindən periodik yoxlamalar zamanında tələb olunan sənədlərinin təqdim edilməsi;
- Bankın Mərkəzi Apparatında hüquqi şəxslərə və sahibkarlara təzə açılan bank hesablar üçün sənəd komplektlərinin yoxlanılması, hesabların rəsmi olaraq açılma qeydlərin aparılması və bank elektron bazasına daxil etməsi;
- Təşkilatın səhmdarlarına imtiyazlı səhmləri üzrə dividendlərin periodik hesablanması;
- Təşkilatın Mərkəzi Apparatında elektron bazasında gün ərzində yığılmış mühasibat yazılışların daxili qaydalarında nəzardə tutulan limit çərçivəsində təsdiq edilməsi;
- Təşkilatın üzrə elektron bazasında mühasibat uçotu işinin təşkilinə daimi nəzarətin aparılması;
- Ehtiyac olan vaxtda şöbənin müdirinin vəzifələrini icra etmək;
- Şöbəyə aidiyyati üzrə daxil olan məktubların operativ icrasının təmin etmək;
- Şöbə müdirin müxtəlif (birdəfəlik) tapşırıqlarının icra edilməsi;
Məsuliyyətləri :
- Öz işinin nəticə və effektivliyinə;
- Ona həvalə olunmuş vəzifələrin düzgün və vaxtı-vaxtında yerinə yetirilməsinə;Təşkilatın iş prosessinə mane olan halları aşkar edib qarşısının almasına;
- Təşkilatın Daxili İntizam Qaydalarına riayət etmək;
Xüsusi bacarıqlar:
- Məsuliyyətli və dəqiq;
- Komanda işini bilən, insanları tanımaq;
- İdarəetmə qabiliyyəti;
- Strateji və analitik qabiliyyət;
- Təşkilatçılıq, ruhlandırma və təşəbbüskarlıq qabiliyyəti.
“Mövzü” bölməsində Mühasiblik şöbəsinin baş mütəxəssisi qeyd etməklə CV-nizi vakansiya@parabokt.az ünvanına göndərə bilərisniz.
Oxşar vakansiya siyahısı:
Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti)
PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mühasib
Mətanət A şirkəti Mühasib vəzifəsi üzrə vakansiyasını elan edir ...