Mühasibatlılıq şöbəsinin rəhbəri
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Abacus Audit And Consulting Mühasibatlılıq şöbəsinin rəhbəri vəzifəsi üzrə vakansiya elan edir.

İş barədə məlumat:

  • Müəssisələr tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesablarında düzgün əks etdirilməsi;
  • Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi;
  • Mühasibat uçotu məlumatlarına dair Şirkətilərin maliyyə fəaliyyətinin iqtisadi təhlilinin həyata keçirilməsində iştirak;
  • Maliyyə Bazarlarına Nəzarət Palatası, Dövlət Sosial Müdafiə Fondu, Statistika Komitəsi və vergi orqanlarına təqdim olunan aylıq, rüblük və illik hesabatların hazırlanmasına nəzarət, hesabatların təqdim edilməsinin təmin edilməsi;
  • Uçot sisteminin, təqdim olunan hesabatların avtomatlaşmasının təmin edilməsi;
  • Vergi və digər qanunvericilik yeniliklərini yaxından izləmək və Şirkətilərin vergi siyasətinin aktuallığını qoruması istiqamətində işlər aparmaq;
  • Mühasibatlıq şöbəsinin işinin düzgün təşkilini təmin edən qaydaların aktuallığını mütəmadi yoxlamaq və yeniliklər təklif etmək;
  • Mühasibat sənədərinin saxlanılması, qorunması və müəyyən olunmuş müddətlərdə arxivə təhvil verilməsini təşkil edir;
  • Birbaşa menecerin tapşırığı ilə digər işləri yerinə yetirir.
  • Əmək haqqı müsahibə əsasında bilik, təcrübə və iş bacarığına əsasən 2500 -3500 manat aralığında həmçinin, auditin düzgün, ətraflı, tam əhatə edilməsinə görə əlavə mükafatlarda(bonuslar) ödənilir
  • İş vaxtı: Bazar ertəsi – Cümə, 09:00-dan 18:00-dək

Namizədə tələblər:

  • Maliyyə, mühasibat uçotu və ya iqtisadiyyat sahəsi üzrə ali təhsil;
  •  Maliyyə sahəsində baş mühasib vəya şöbə rəhbəri kimi 3 il iş təcrübəsi;
  • Vergi məcəlləsi, Əmək məcəlləsi, Mülki Məcəllə və digər qanunlar və qanunvericilik aktları üzrə biliklər;
  • Qərarlar qəbul etmək və üzərinə məsuliyyət götürmək, vəzifə öhdəlikləri üzrə mövqeyini izah və müdafiə etmək bacarığı;
  • Dəqiqlik, məntiqi və analitik düşünmə tərzi, təşəbbüskarlıq, çalışqanlıq, dürüstlük, komandanı idarə etmək və komandada işləmək bacarığı;
  • Azərbaycan dilində mükəmməl, rus və ingilis dilini orta səviyyədə bilmək;
  • 1C (7.7, 8.2, 8.3) mühasibatlıq proqramında işləmək bacarağı;

Əmək haqqı namizədin bilik və bacarıqlarından asılı olaraq razılaşma yolu ilə müəyyən edilir.

Maraqlanan namizədlər, xahiş edirik CV-lərinizi elektron ünvanına yollayasınız. Nəzərə alın ki, yalnız şəkil olan CV-lərə baxılacaqdır.

Oxşar vakansiya siyahısı:

Aparıcı mühasib

Aznet Technologies QSC Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir.a ...

Aznet Technologies

18.06.2025 - Bakı

1000 — 1800 ₼
Mühasib

Ə/h 1000-1800 AZN. Abacus Audit And Consulting Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

Abacus Audit And Consulting

30.05.2025 - Bakı

1300₼
Mühasib (Əmək haqqı və ödəmələr üzrə)

Askona Mühasib (Əmək haqqı və ödəmələr üzrə) vəzifəsi üzrə vakansiya elan edir. ...

Askona

29.05.2025 - Bakı

Daxili Audit Üzrə Kiçik Mütəxəssis/ Mütəxəssis/ Aparıcı Mütəxəssis

Zeytun Pharmaceuticals Daxili Audit Üzrə Kiçik Mütəxəssis/ Mütəxəssis/ Aparıcı Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Zeytun Pharmaceuticals

27.05.2025 - Bakı

Satış üzrə mühasib

Oven Food Bakery Satış üzrə mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

Oven Food Bakery

23.05.2025 - Bakı