Mühasibat uçotu üzrə Aparıcı mütəxəssis
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Modern Finance Mühasibat uçotu üzrə Aparıcı mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Əsas iş öhdəlikləri:

  • Gündəlik əməliyyatların və uçot yazılışlarının mühasibat uçotu proqramına daxil edilməsi və ya daxil edilməsinə nəzarət;
  • Aylıq, rüblük və illik olan vergi, DSMF, Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi;
  • Bank və nağd ödənişləri icra etmək və düzgün sənədləşdirilməsini təşkil etmək;
  • Kadrlarla bağlı sənədləşdirilmələrin aparılması;
  • Vergi sistemində elektron qaimələrin hazırlanması və şirkətlərin elektron vergi kabinetlərinə nəzarət olunması;
  • Aylıq əmək haqlarının, məzuniyyətlərin və işçilərə olan digər ödənişlərin hesablanması;
  • Maliyyə hesabatlarının hazırlanması;
  • Rəhbərlik tərəfindən verilən sair iş təlimatlarının icra edilməsi.

Əsas bilik və bacarıqlar:

  • Mühasibat uçotu, vergi və ya maliyyə sahəsində ali təhsil;
  • Mühasibat uçotu və maliyyə sahəsində minimum 2 il iş tərcübəsi;
  • Azərbaycan Respublikası Vergi Məcəlləsi üzrə yetərli biliklərin olması;
  • Bütün vergi və digər dövlət qurumları üzrə verilən hesabatların hazırlanmasında təcrübənin olması;
  • MS Office proqramları üzrə bacarıqların olması (Xüsusilə Excel);
  • Azərbaycan və ingilis dillərini sərbəst bilmək (Rus dilini bilmək arzuolunandır);
  • 1C mühasibat proqramı üzrə təcrübənin olması arzuolunandır;
  • Mühasibat uçotu üzrə beynəlxalq sertifikat imtahanlarında (ACCA, CİMA və s.) nəticələrin olması arzuolunandır;
  • Mühasibat uçotu siyasəti və prosedurları barədə biliklərin olması;
  • Yaxşı ünsiyyət, problem həll etmə və hesabatlılıq bacarıqlarının olması.

Zəhmət olmasa, tərcüməyi-halı (CV) ” Mühasibat uçotu üzrə Aparıcı mütəxəssis” başlığı ilə aşağıda qeyd olunan e-mail adresinə göndərin.

Oxşar vakansiya siyahısı:

Aparıcı mühasib

Aznet Technologies QSC Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir.a ...

Aznet Technologies

18.06.2025 - Bakı