Qısa məzmun
Ə/h 500-700 AZN. Accounting and Tax Resources Mühasibat mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. Vergi məcəlləsinin bilməlidir.
İş barədə məlumat:
- Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili
- Vergi və mühasibat uçotunun aparılması
- E-Qaimə Faktura, Elektron Vergi Hesab Fakturalarının tərtib olunması və göndərilməsi, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi
- Debitor və kreditor hesablaşmaların aparılması
- Əmək haqqı hesablanması
- Əsas vəsaitlərin alınması, istismara verilməsi, köhnəlməsinin hesablanması, balansdan silinməsi və s.
- Mal-materialların uçotunun aparılması
- Aylıq hesabatlarınin tərtib edilməsi
- Aylıq daxili maliyyə hesabatlarının hazırlanması
- Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması
- Aylıq, rüblük və illik Vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyəti orqanlara təqdim edilməsi
- AR əmək məcəlləsinə əsasən sənədləşmə
- İş qrafiki: I-V 10:00-dan 18:00-dək
şənbə 10:00-dan 13:00-dək
İş yerinin ünvanı: Səməd Vurğun küç., 43 World Business Centre, 5-ci mərtəbə, 5/1
Namizədə tələblər:
- Ali iqtisad təhsili
- Vergi məcəlləsinin bilməli
- Analoji vəzifədə minimum 3 illik iş təcrübəsi
- Mühasibat uçotu metodologiyası sahəsində biliklər
- Maliyyə hesabatı üzrə milli və beynəlxalq standartlar sahəsində biliklər
- 1 C proqramında sərbəst işləmək təcrübəsi
- www.e-gov.az, www.e-taxes.gov.az və digər portallardan istifadə etmək bacarığı
- MS EXCEL proqramından əla istifadə bacarığı
- Lazımi informasiyanı tez və keyfiyyətli şəkildə tapmaq və sistemləşdirmək bacarığı
Zəhmət olmasa yazılan şərtlərə uyğun olmayan insan CV göndərməsin (cv göndərən şəxslər zəhmət olmasa cv lərinizi PDF formatında göndərin)
Oxşar vakansiya siyahısı:
Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti)
PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mühasib
Mətanət A şirkəti Mühasib vəzifəsi üzrə vakansiyasını elan edir ...