Maliyyə İdarəsinin Mühasibatlıq şöbəsinin mühasib – mütəxəssisi / aparıcı mütəxəssisi
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Xalq Bank Maliyyə İdarəsinin Mühasibatlıq şöbəsinin mühasib – mütəxəssisi / aparıcı mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

  • Ali magistr təhsili (Maliyyə və ya İqtisadi arzuolunandır);
  • Mühasibat uçotu sahəsində təcrübə və biliklər;
  • Bank qanunvericiliyi, Vergi qanunvericiliyi və Mülki qanunvericilik haqqında biliklər;
  • 1C 8.3 versiyasının istifadəçisi;
  • MS Office proqramlarından istifadə etmək bacarığı (xüsusi ilə Excel);
  • Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
  • Bank təcrübəsi və ACCA olan namizədlərə üstünlük veriləcəkdir.

İŞİN TƏSVİRİ:

  • 1C 8.3 versiyasında əsas vəsaitlərin və qeyri-maddi aktivlərin maliyyə və vergi uçotu üzrə aşağıdakı əməlyyatlarının aparılması;
  • Əsas vəsaitlər və qeyri-maddi aktivlər üzrə mədaxil / məxaric əməliyyatlarının uçotu;
  • Əsas vəsaitlər üzrə təmir, saxlama və istismar xərclərinin uçotu;
  • Əsas vəsaitlər və qeyri-maddi aktivlər üzrə amortizasiyasının və vergilərin hesablanması (əmlak vergisi, torpaq vergisi);
  • Əsas vəsaitlər və qeyri-maddi aktivlər üzrə hesabatların (daxili, vergi və statistika) hazırlanması;
  • İnventar, azqiymətli və tezköhnələn əşyaların uçotu.

QEYD: Tələblərə uyğun olmayan və mail-da “Mövzu” qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan “CV” – lərə baxılmayacaq. CV – lər azərbaycan dilində, “Xalq” Bankın CV formasını doldurmaqla göndərilməlidir.

Əlaqə vasitələri:

  • E – mail:   cv@xalqbank.az
  • Telefon:   (012) 404 43 39
  • Faks:         (012) 404 43 34

Oxşar vakansiya siyahısı:

Əməkhaqqı Hesablanması üzrə Mütəxəssis

Aztelco Group MMC Əməkhaqqı Hesablanması üzrə Mütəxəssis Vəzifəsi üzrə vakansiya elan edir. ...

Aztelco Group MMC

23.10.2025 - Bakı

Mühasib

Güvənli MMC Mühasib vəzifəsi üzrə işçi qəbulu elan edir. ...

Güvənli MMC

20.10.2025 - Bakı