Mühasib/Xərclər üzrə nəzarətçi
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

ATEF Şirkətlər Qrupu Mühasib/Xərclər üzrə nəzarətçi vəzifəsi üzrə vakansiya elan edir. Restoran sahəsində 1-3 il iş təcrübəsi olmalıdır.

“ATEF ŞİRKƏTLƏR QRUPU” MMC “Mühasib/Xərclər üzrə nəzarətçi” vəzifəsinə vakansiya elan edir.

Şirkət: “ATEF ŞİRKƏTLƏR QRUPU” MMC
İş yeri: Bakı şəhəri, Nərimanov rayonu,
Əmək haqqı:Namizədlə keçirilən müsahibənin nəticələrinə uyğun olaraq müəyyən ediləcəkdir.

İş şəraiti:

  • 6 günlük iş həftəsi
  • Nahar fasiləsi: 12:00-13:00
  • Nahar müəssisə tərəfindən təmin edilir.

İş barədə məlumat:

  • Mal-materiallara dair alış sənədlərinin işlənməsini təmin etmək, mal-materialların qiymət və say göstəricilərinin alqı-satqı müqaviləsinə, təchizatçılara sifariş sənədlərinə uyğun olub-olmamasını yoxlamaq, uyğunsuzluq halları aşkar olunduqda, onların aradan qaldırılmasını tələb və təmin etmək;
  • Mal-materialların alışı, yerdəyişməsi, geri qaytarılması, komplektləşdirilməsi və silinməsi ilə bağlı sənədləşmə işlərinin müvafiq qanunvericilik aktlarına və mühasibat uçotu standartlarına uyğunluğunu yoxlamaq;
  • Mal-material alışı ilə bağlı hesabatların düzgün və vaxtında tərtib və təqdim olunmasını təmin etmək;
  • Müəssisəyə məxsus olan mal-materialların uçotunu aparmaq, mal-materialların faktiki maya dəyərini hesablamaq;
  • E-qaimə, EVHF kəsmək bacarığı, BTP proqramında aylıq, rüblük, illik hesabatları sərbəst şəkildə tərtib edib aidiyyatı üzrə göndərmək, DSMF və statistika hesabatlarını tərtib edib aidiyyatı üzrə göndərmək;
  • Anbara daxil olan malların qəbulu və qeydiyyatının aparılmasını təmin etmək;
  • Anbardan mal çıxışına nəzarət etmək və sənədləşdirmək;
  • Anbarda məhsulların saxlanmasına cavabdehlik və nəzarət etmək;
  • Anbar sayımı və stok nəzarətini həyata keçirmək;
  • Daxili büdcəyə nəzarət etmək;
  • Təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabına düzgün əks etdirilməsinə, qanunla qəbul olunmuş bütün vergi və öhdəliklərin düzgün hesablanmasına, ödənilməsinə, dövlət hesabatlarının qanunla müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsini həyata keçirmək;
  • Mühasibatlığın ilkin sənədlərinin tərtibi və yoxlanılması həyata keçirmək;
  • Gün sonunda müəssisənin satış kassasını təhvil almaq;
  • Satış proqramında menu və qiymət dəyişikliklərini əlavə etmək;
  • Gündəlik sifarişlərin satış menusuna uyğun olub-olmamasını yoxlamaq;

Tələblər:

  • Ali təhsilli (iqtisadiyyat üzrə);
  • Azərbaycan, rus və ingilis dillərini bilməli;
  • Restoran sahəsində 1-3 il iş təcrübəsi olmalı;
  • Yeməklərin kalkulyasiyası barədə məlumatı olmalı;
  • R-keeper, İİKO proqramları, Microsoft Office ( Excell-yüksək səviyyədə) proqramlarında işləməyi bilməli;
  • Yaş həddi 25-45;
  • Məsuliyyətli, dəqiq, çalışqan və komanda ilə işləmək bacarığı olmalı;
  • Mühasibat uçotu ilə bağlı yerli qanunvericiliyi bilməli;
  • Vergi, əmək qanunvericiliklərini bilməli;
  • Satış və anbarın idarə olunmasını bilməli;
  • Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti olmalı;

Namizədin şəxsi keyfiyyətləri:

  • Fikrini izah etmək qabiliyyəti;
  • Ezamiyyə imkanları;
  • Ünsiyyət yaratmaq bacarığı;
  • İşə planlı yanaşması;
  • Fəal olması və komandada işləmək bacarığı.

Bu vəzifəyə müraciət etmək üçün CV-ni hr@atef.az ünvanına göndərə bilərsiniz. CV göndərən zaman vəzifənin adını “Mühasib/Xərclər üzrə nəzarətçi” mövzu bölməsində göstərin.

Oxşar vakansiya siyahısı:

600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi

Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Embafinans

15.04.2024 - Bakı

500₼
Mühasib Kassir

CMT Group MMC Muhasib -kassir vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

06.04.2024 - Gəncə

Mühasib

TEZ Logistics MMC şirkəti Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

TEZ Logistics

27.03.2024 - Bakı

Kreditlərin anderraytinqi şöbəsinin mütəxəssisi / aparıcı mütəxəssisi / baş mütəxəssisi

Expressbank ASC Kreditlərin anderraytinqi şöbəsinin mütəxəssisi / aparıcı mütəxəssisi / baş mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Expressbank ASC

19.03.2024 - Bakı