Qısa məzmun
Small Medium Enterprises Mühasib – təcrübəçi vəzifəsi üzrə vakansiya elan edir
İş barədə məlumat:
- Avropa Yenidənqurma və İnkişafı Bankının “Azərbaycanda Kiçik Bizneslər üçün Məsləhət Proqramı”-nın akkreditasiyasını almış «Small & Medium Enterprises» MMC 30 ildir ki mühasibat xidməti, biznes plan və investisiya layihələrinin tərtibi, şirkət təsisi və qeydiyyatı, marketinq və bazar araşdırılması, iqtisadı-hüquqi və qiymətləndirmə sahələrində sahibkarlara konsaltinq xidməti göstərir. (web: https://smeltd.az/ )
- SME şirkətinin öz sahəsində daim inkişaf etməsi üçün istedadlı işçilərin seçilməsi, təlimləndirilməsi və dinamik inkişafı kadr siyasətimizin əsas məqsədidir.
- SME şirkətində çalısmaq Azərbaycanın ən dinamik və perspektivli konsaltinq şirkətlərinin birində öz karyerasını praktiki olaraq sıfırdan qurmaq üçün şans əldə etmək deməkdir.
- Şirkət fəaliyyəti; mühasibatlıq və maliyyə, HR və hüquqi xidmətlər.
- Ünvan: Yasamal rayonu, Akim Abbasov Küçəsi 1-C
- İş saatları: bazar ertəsi – cümə (09:00-dan 18:00-dək) şənbə (10:00-dan 14:00-dək)
- Metrodan piyada ofisə (yaxşı təmirli) 5-7 dəq məsafə
- Təcrübə proqramı 6 ayı əhatə edir
- Təcrübə zamanı əmək haqqı 75 azn
- Müddətin sonunda təcrübəni üğurla keçən işə qəbul olunacaq.
- Maraqlanan şəxslərdən ” Mühasib -Təcrübəçi” başlığı altında cv-lərini hr@smeltd.az elektron ünvanına göndərməsi xahiş olunur. Namizəd seçimi yalnız elektron ünvana gələn cv-lər əsasında aparılır.
Namizədə tələblər:
- Təcrübə müddətində oyrənilələcək vəzifə öhtəlikləri
- Mühasibat uçotu üzrə ilkin sənədləşmənin təşkili
- Vergi və mühasibat uçotunun aparılması
- Kassa, Bank əməliyyatlarının həyata keçirilməsi, qaimə və vergi hesab fakturaların yazılması
- Qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi-
- Debitor və kreditor hesablaşmaların aparılması
- Əmək haqqı, məzuniyyətlərin hesablanması
- Əsas vəsaitlərin alınması, istismara verilməsi, köhnəlməsinin hesablanması, balansdan silinməsi və s
- Gündəlik və aylıq hesabatların tərtib edilməsi
- Aylıq daxili maliyyə hesabatlarının hazırlanması
- Vergi orqanlarından daxil olan məktubların nəzarətda saxlanılması və müvafiq yazışmaların aparılması
- Aylıq, rüblük və illik Vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyəti orqanlara təqdim edilməsi
- MS Office(MS Excel, MS Word, MS Outlook) proqramlarından sərbəst istifadə qabiliyyəti
- Ali təhsilli (maliyyə,iqtisadi), əlavə olarag mühasibatlıq üzrə peşəkar kursları
- Əla səviyyədə riyazi bilikləri, analitik düşüncə
- Dəqiq və məsuliyyətli olmalı
- Kollektivlə işləmə bacarığı
- Dil bilikləri: Azərbaycan, Rus, İngilis dilləri
Oxşar vakansiya siyahısı:
Dashyunu.az MMC şirkəti 1C Operator vəzifəsi üzrə vakansiya elan edir. Analitik düşüncə qabliyyəti və riyazi bilik səviyyəsi olmalıdır. ...
Meqa Həyat Sığorta şirkəti Mühasib - aktuar vəzifəsi üzrə vakansiya elan edir. ...
Dashyunu.az MMC şirkəti Maliyyə Direktoru vəzifəsi üzrə vakansiya elan edir. ...
Brand Credit BOKT Baş Kredit Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
Əmək haqqı 700 + Bonus. Brand Credit BOKT Aparıcı Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
Brand Credit BOKT Kredit Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Aznet Technologies QSC Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir.a ...