Mühasib təcrübəçi
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Antaris MMC Mühasib təcrübəçi vəzifəsi üzrə vakansiya elan edir.

Antaris şirkəti 2004-cü ildə tərəfindən qurulmuşdur. Şirkət on yeddi illik fəaliyyəti müddətincə öz biznes istiqamətlərini artırmışdır, və artıq Korporativ və Topdan qolları ilə öz müştərilərinin tələbatlarını “Keyfiyyət hər gün” devizi altında yerinə yetirir.

Təcrübə Proqramı sizə mühasibatlıq şöbəsində praktik iş təklif edir. Təşkilatın proqramlarını və əsas işlərini başa düşməyinizə kömək etməklə yanaşı, gələcək karyeranıza hazırlaşmanıza kömək edəcək iş tapşırıqları ilə akademik məlumatlarınızı artırır.

TƏCRÜBƏ DÖVRÜ ƏRZİNDƏ TƏCRÜBƏÇİDƏN TƏLƏB OLUNANLAR:

  • Maliyyə-mühasibat sənədlərinin qorunub saxlanmasını kömək etmək.
  • Daxili nəzarət prosedurlarını aydın və dəqiq şəkildə sənədləşdirmərk;
  • Daxili və xarici audit prosesinə dəstək vermək
  • Maliyyə-mühasibatlıq hesabatlarının və təqdimatlarının hazırlanmasında dəstək olmaq;
  • Dövri maliyyə və digər hesabatları hazırlanmasında dəstək vermək.
  • Debitor və kreditorlarla aparılan əməliyyatların uçotunu aparmaq və onlarla hesablaşmalara nəzarət etmək.
  • Rəsmi orqanların təyin etdiyi forma və müddətdə müəssisə, idarə və təşkilatların statistik hesabatlarının tərtib olunması işini yerinə yetirir.

NAMIZƏDƏ DAIR TƏLƏBLƏR:

  • İqtisadiyyat, maliyyə və ya mühasibat uçotu və audit sahəsində təhsil almış məzunlar və ya magistratura pilləsinin tələbələri
  • MS Office proqramlarında işləmə bacarığı;
  • Analitik düşüncə və təhlil bacarığı;
  • Peşəsinə yüksək motivasiya ilə yanaşma;
  • Fərdi və komanda da işləmə bacarığı;
  • Səbrli, məsuliyyətli və gərgin iş rejimində çalışma qabiliyyəti;
  • Ünsiyyət qurma və səlis danışıq qabilliyyəti;
  • Rus və ingilis dili arzuolunandır.

İş barədə məlumat:

  • İş saatları: bazar ertəsi – cümə (09:00-18:00);
  • Təcrübə müddəti 3 ay davam edəcək;
  • Ünvan: Əhməd Rəcəbli 46B

Maraqlanan şəxslərdən “Mühasib təcrübəçi” başlığı altında CV-lərini və motivasiya məktubunu cv@antaris.az elektron ünvanına göndərməsi xahiş olunur.

Oxşar vakansiya siyahısı:

600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi

Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Embafinans

15.04.2024 - Bakı

500₼
Mühasib Kassir

CMT Group MMC Muhasib -kassir vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

06.04.2024 - Gəncə

Mühasib

TEZ Logistics MMC şirkəti Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

TEZ Logistics

27.03.2024 - Bakı

Kreditlərin anderraytinqi şöbəsinin mütəxəssisi / aparıcı mütəxəssisi / baş mütəxəssisi

Expressbank ASC Kreditlərin anderraytinqi şöbəsinin mütəxəssisi / aparıcı mütəxəssisi / baş mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Expressbank ASC

19.03.2024 - Bakı