Mühasib – operator
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. AzEstetik group Mühasib – operator vəzifəsi üzrə vakansiya elan edir. Dəqiqlik,operativlik,kollektivdə işləmə bacarığı olmalıdır.

İş barədə:

  • Gündəlik qaimə və qəbzlərin işlənməsi və kompüterə köçürülməsi;
  • Uçotun müvafiq sahələri üzrə ilkin sənədlərin təkmilləşdirilməsini həyata keçirmək;
  • Hesabat üçün məlumatları hazırlamaq, mühasibat sənədlərinin qorunmasına nəzarət etmək
  • İşçilərin aylıq əmək haqlarının hesablanması
  • Hesab-fakturaların, E-qaimələrin, Təhvil-təslim aktlarının hazırlanması;
  • Mühasibatlıqla bağlı aylıq məlumat xarakterli hesabatların rəhbərliyə təqdim edilməsi;
  • Vergi hesabatlarının (ƏDV, Mənfəət, Vahid bəyannamə və s) və digər digər dövlət qurumlarına verilən hesabatların hazırlanması;
  • Gündəlik olaraq online kargüzarlığın yoxlanılması, vergi ilə bağlı məktubların cavablandırılması
  • Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsi
  • Yerli və xarici kreditorlar üzrə hesabatların verilməsi və debitorlar və kreditorlar üzrə qalıqların yoxlanılmasının təmin olunması
  • Bütün növ mühasibat əməliyyatlarının mühasibatlıq proqramına daxil edilməsi

Tələblər:

  • Ali təhsil (Iqtisadiyyat, Maliyyə və mühasibatlıq sahəsi üzrə);
  • İş təcrübəsi;
  • Kompüterdə sərbəst işləmək bacarığı (Excel, 1C)
  • Təhlil aparmaq bacarığı;
  • İnkişafa meyilli;
  • Ciddi, məsuliyyətli, dəqiq olmalı;
  • Yaş həddi 25-35 arası
  • Kompüter bilikləri: MS Office (WORD, EXCEL) yaxşı səviyyədə bilmək
  • Qanunvericilik: Vergi Məcəlləsi, Mülki Məcəllə və Əmək Məcəlləsi üzrə biliklərin olması;

İş şərtləri:

  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • İş qrafiki həftənin 6 günü;
  • İş saatı: 09.00-dan 18.00 kimi,
  • Əmək Haqqı – namizədin bilik və bacarığından asılı olaraq dəyiçə bilər

Vakansiya ilə maraqlanan şəxslərdən CV-lərini mövzu yerinə ” Mühasib-operator” qeyd etməklə cv@azestetik.az elektron poçt ünvanına göndərmələri xahiş olunu

Oxşar vakansiya siyahısı:

Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti)

PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

PASHA Bank

07.05.2025 - Bakı

Mühasib

Mətanət A şirkəti Mühasib vəzifəsi üzrə vakansiyasını elan edir ...

Mətanət A

07.05.2025 - Bakı