Qısa məzmun
Titan Group Mühasib – operator vəzifəsi üzrə vakansiya elan edir.
“TITAN Group” Sənaye Şi̇rkətlər Bi̇rli̇yi̇ 1989-cu i̇ldən eti̇barən Azərbaycan bazarında ti̇carət və sənaye soyuducu avadanlıqlarının i̇stehsalçısı ki̇mi̇ fəali̇yyətə başlamışdır. TITAN Groupun hədəfi peşəkar mətbəx, mağaza vitrin və soyuducuları, sandviç panel və fərdi sifarişlər əsasında məişət avadanlığı istehsalı və ixracı sahəsində ölkənin lider şirkəti olmaqdan ibarətdir.”
İş barədə məlumat:
- İstehsal üzrə daxil olan tələbnamələrin qiymətləndirilməsi;
- Sifarişə gedən malların qaimələrinin yazılması;
- Gündəlik anbara mədaxil və məxaric olan malların excel və ERP Canias proqramında uçota alınması;
- Anbardan digər təsislərə gedən mallara transfer sənədinin yazılması;
- Aylı anbar hesabatının hazırlanması;
- Rəhbərlik tərəfindən verilən digər cari tapşırıqları icra etmək.
Namizədə tələblər:
- İqtisadiyyat, Riyaziyyat, sahəsində ali təhsil və müvafiq sahə üzrə iş təcrübəsi arzuolunandır;
- Dil bilikləri: Azərbaycan-ana dili, Rus və İngilis dilləri biliyi arzuolunandır;
- Dəqiq, məsuliyyətli və punktual olmaq, detallara önəm verə bilmək.
İş qrafiki:
- İş qrafiki: 08:00-17:00; (İstirahət günləri-Şənbə, Bazar)
- Ünvan: Bakı şəhəri, Binə qəsəbəsi, Yeni Suraxanı Dairəsinin yaxınlığı
- Servis və nahar şirkət tərəfindən təmin olunur
- Əmək haqqı: müsahibə zamanı müəyyənləşəcəkdir.
Uyğun olan namizədlərdən öz CV-lərini mövzu hissəsində “Mühasib operator” qeyd etməklə hr@titan.az mailinə göndərməklərini xahiş edirik
Oxşar vakansiya siyahısı:
Aznet Technologies QSC Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir.a ...
Ə/h 1000-1800 AZN. Abacus Audit And Consulting Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Askona Mühasib (Əmək haqqı və ödəmələr üzrə) vəzifəsi üzrə vakansiya elan edir. ...
Zeytun Pharmaceuticals Daxili Audit Üzrə Kiçik Mütəxəssis/ Mütəxəssis/ Aparıcı Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...