Mühasib-operator
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. MKT İstehsalat Kommersiya MMC Mühasib-operator vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə öhdəlikləri:

  • Daxil olmuş elektron qaimələrin yoxlanılması və sistemdə təsdiqlənməsi;
  • Təsdiq olunmuş elektron qaimələr üzrə sənəd toplusunun tamlığının təmin edilməsi;
  • Alınan mal və xidmətlər üzrə ödənişlər üçün əsas verən sənədlərin müəyyənləşdirilmiş qayda üzrə dövriyyəsinin təşkili;
  • Ödənişlərdən sonra toplanılmış sənədlərin təlimata uyğun olaraq eletron və kağız formasında arxivləşdirilməsi;
  • Kontragenntlər üzrə üzləşmələrin hazırlanması;
  • Rəhbərlik tərəfindən olunan hesabatların hazırlanması;

Tələblər:

  • Maliyyə/mühasibat uçotu/riyaziyyat üzrə ali təhsil;
  • Müvafiq sahədə 3 ildən artıq iş təcrübəsi
  • Verilən sahə üzrə Vergi Məcəlləsi, NK Qərarları və s. müvafiq biliklər;
  • Analitik təhlil qabiliyyəti;
  • MS Excel proqramı ilə yükək səviyədə işləmək bacarığı;
  • 1С 8.3. Proqramında işləmək bacarığı
  • BTP, texes.gov.az-da peşəkar işləmək bacarığı

Səriştələr:

  • Məsuliyyətli
  • Şəxsi inkişafa meylli
  • Pozitiv
  • Özünütəşkiletmə qabiliyyəti
  • Nailiyyət yönümlülük
  • Etibarlılıq
  • Dürüstlük

Əlavə məlumat:

  • Əmək haqqı razılaşma əsasında;
  • İş qrafiki:  Beş günlük iş həftəsi
  • İş yeri: Baki şəhəri, Qafqaz Business Center
  • Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Əgər ölkənin lider pambıq istehsalçısı olan “MKT İK” MMC-da karyeranızı davam etmək, peşəkar və mehriban komandanın bir hissəsi olmaq istəyirsinizsə ən son yenilənmiş CV-nizi “Mühasib-operator” mövzusu ilə elektron ünvanına göndərə bilərsiniz.

“MKT İK” MMC şirkəti – irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, ailə vəziyyətindən, ictimai-sosial mənşəyindən və əqidəsindən asılı olmayaraq hamı üçün bərabər imkanlar yaradan bir şirkətdir.

Mənbə: jobsearch.az

Oxşar vakansiya siyahısı:

Aparıcı mühasib

Aznet Technologies QSC Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir.a ...

Aznet Technologies

18.06.2025 - Bakı