Qısa məzmun
Master İnşaat Mühasib köməkçisi vəzifəsi üzrə vakansiya elan edir.
İş barədə məlumat:
- Mal-materiallara dair alış sənədlərinin işlənməsini təmin etmək, mal-materialların qiymət və say göstəricilərinin alqı-satqı müqaviləsinə, təchizatçılara sifariş sənədlərinə uyğun olub-olmamasını yoxlamaq, uyğunsuzluq halları aşkar olunduqda, onların aradan qaldırılmasını tələb və təmin etmək;
- Mal-materialların alışı, yerdəyişməsi, geri qaytarılması, komplektləşdirilməsi və silinməsi ilə bağlı sənədləşmə işlərinin müvafiq qanunvericilik aktlarına və mühasibat uçotu standartlarına uyğunluğunu yoxlamaq;
- Anbar əməliyyatlarının 1C 8.3 sisteminə daxil edilməsi;
- Rəhbərliyin işlə bağlı verdiyi bütün tapşırıqları vaxtında və dəqiq olmaqla həll etmək;
- İş qrafiki: Bazar ertəsi – Şənbə: 09:00-dan – 18:00 -dək;
- Bazar günü istirahət günüdür;
- Əmək haqqı : 400-500 manat
Namizədə tələblər:
- Kişi namizədlər;
- Microsoft Word və Excell proqramında içləmə bacarığı;
- 1 C 8.3 proqramında sərbəst işləmək təcrübəsi (Istehsal və satış və s.);
- Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti, mal-materialların uçotunun aparılması;
- Məsuliyyətli, dəqiq və peşakar;
- Dəqiq, nizam-intizamlı və məsuliyyətli olmaq;
- Kollektivlə işləmə bacarığı;
- Anbar sahəsində təcrübənin olmağı üstündür
Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi 26.08.2021-ci il tarixinədək hr.department@main.az ünvanına “Mühasib köməkçisi” başlığında göndərməyiniz xahiş olunur. Qeyd etmək istəyirik ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Oxşar vakansiya siyahısı:
Mühasib
TEZ Logistics MMC şirkəti Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Kreditlərin anderraytinqi şöbəsinin mütəxəssisi / aparıcı mütəxəssisi / baş mütəxəssisi
Expressbank ASC Kreditlərin anderraytinqi şöbəsinin mütəxəssisi / aparıcı mütəxəssisi / baş mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Xəzinədar
Sağlam Ailə Ultralab klinikasında Xəzinədar vakansiyası aktivdir. ...