Mühasib köməkçisi
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h 400 AZN. SET MEDİCAL Mühasib köməkçisi vəzifəsi üzrə vakansiya elan edir.

İş barədə məlumat:

  • Gündəlik satışların hesab fakturalarının hazırlanması və e-qaimələrinin göndərilməsi
  • Müqavilələrin bağlanması və bu prosesə nəzarət.
  • Bank və kassa əməliyyatları
  • Əməliyyatların Logix programında işlənməsi
  • Müştərilərlə üzləşmələrin həyata keçirilməsi və müvafiq aktların bağlanması.
  • Mühasibatlıq fəaliyyəti ilə bağlı sənəd dövriyyəsinin prosedura uyğun təşkili və nəzarət edilməsi.
  • Vergi orqanından daxil olan məktubların nəzarətdə saxlanması
  • Elektron portallarla işləmək (e-taxes.gov.az, e-gov.az, gpp.az, azstat.gov.az və s.)

Namizədə tələblər:

  • Xanım mühasib
  • Təhsil: ali.
  • İş təcrübəsi: 1 il
  • Yaş həddi: 20-25
  • Dil bilikləri: Azərbaycan dili vacib, xarici dil biliyi arzuolunandır
  • Kompüter bilikləri: Exceli yaxşı səviyyədə bilməli, (LOGIX proqramı ilə işləyə bilən nazmizədlərə seçimdə üstünlük tanınacaq)

Şəxsi keyfiyyətlər:

  • Öyrənməyə həvəsli;
  • Nitq mədəniyyətli;
  • Etibarlı, özünə inamlı və məsuliyyətli;
  • Səliqəli, təşkilatçı, operativ çalışan, işə planlı yanaşan, sərbəst və dəqiq işləmək bacarığı olan.

Qeyd:

  • İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti (15 gün) nəzərə alınmaqla işə qəbul olunur;
  • Anket məlumatlarına yanlış və qeyri-düzgün məlumatlar daxil etdiyi aşkar olunan şəxslər işə götürülmürlər.
  • İş qrafiki: 5 gün, 09:00-18:00
  • CV lərinizi göndərərkən e-mail mövzu/subject qismində Mühasib köməkçisi qeyd edin. CV lərdə şəkilin olması vacibdir.
  • Mənbə: jobsearch.az

Oxşar vakansiya siyahısı:

Aparıcı mühasib

Aznet Technologies QSC Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir.a ...

Aznet Technologies

18.06.2025 - Bakı