Qısa məzmun
AS Group Mühasib köməkçisi–1C Operator vəzifəsi üzrə vakansiya elan edir.
Əmək haqqı: Təcrübəsindən asılı olaraq;
İş qrafiki: 5 iş günü (şənbə-bazar istirahət), 09:00–18:00 (13:00–14:00 nahar fasiləsi);
İş yeri: Bakı şəhəri, Yasamal rayonu.
Hesabat verir: Maliyyə və Mühasibatlıq Direktoruna.
Tələblər:
- Ali ixtisas təhsili (maliyyə, audit, mühasibat uçotu, bank işi);
- Ən azı 3 illik mühasib-operator vəzifəsində iş təcrübəsi olmalıdır (ictimai iaşə sektorunda operator-muhasib kimi təcrübəsi olanlara üstünlük veriləcək);
- İT biliklər: MC office (Word, Excel), 1C (Logix) mühasibat proqramlarında sərbəst işləmək bacarığı;
- Azərbaycan dilini (şifahi və yazılı) mükəmməl bilməli;
- Mühasibat uçotunu və maliyyə standartlarını mükəmməl bilməli;
- İlkin sənədləşmə, dövriyyə cədvəlləri və digər hesabatları hazırlamağı bilməli;
- Lazım gəldikdə gündəlik hesabatlar təqdim edəcək;
- Analitik (deduktiv-məntiq) düşünmə, vəziyyəti düzgün dəyərləndirmə, riyazi hesablama aparma, yaranmış problemlərin təhlil və müstəqil həll etmə qabiliyyətinə malik olmalı.
Əsas vəzifə və öhdəliklər:
- Qaimə-fakturanın tərtib olunması, göndərilməsi və satılmış malların reyestrinin təşkili
- Şirkətə daxil olan e-qaimələrin yoxlanması və təsdiqlənməsi;
- Gündəlik qaimə və qəbzlərin işlənməsi və mühasibat proqramına köcürülməsi;
- Şirkətin mühasibatlığa aid tələb edilən sənədlərinin hazırlanıb işlənməsi;
- Ödəniş üçün daxil olan sənədlərin yoxlanması, işlənilməsi və arxivləşdirilməsi;
- Hesabat üçün məlumatları hazırlamaq, mühasibat sənədlərinin qorunmasına nəzarət etmək;
- Gündəlik və aylıq hesabatların tərtib edilərək hesablar planına uyğun müxabirləşmələr edilməsi;
- Kreditorlar və debitorlarla üzləşmələrin aparılması;
- Müştəri borcları ilə bağlı lazımi analizlərin edilməsi;
- Pul vəsaitlərinin, əmtəələrin, materialların və başqa sərvətlərin hərəkəti ilə əlaqədar əməliyyatları mühasibat uçotunda əks etdirmək;
- Yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi;
- Maliyyə və mühasibatlıq direktoru tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.
Peşəkar və şəxsi keyfiyyətlər:
- Stressə davamlı, gərgin və ağır iş rejimində işləmək bacarığı;
- İşində səliqəli, dəqiq, ciddi və məsuliyyətli olmalı;
- Ünsiyyət yaratmaq, fikrini izah etmək, çevik işləmək qabliyyətinə malik olmalı.
- Kollevtivlə işləmək bacarığı və nizam intizam qaydalarına hörmətlə yanaşmağı bacarmalı.
- Planlama və təşkilatçılıq qabiliyyətinə malik olmalı;
- İşə planlı yanaşma qabiliyyətinə malik olmalı.
Biz Sizə hansı iş şəraitini təklif edirik:
- İşə qəbul əmək qanunvericiliyinə uyğun olaraq həyata keçirilir;
- Peşəkar komanda, karyera yüksəlişi və inkişaf;
- Əmək məzuniyyəti: qanunvericiliyin tələblərinə əsasən.
CV (yalnız foto ilə) və əmək haqqı gözləntinizi e-ünvanına göndərə bilərsiniz. Müraciət etdiyiniz vəzifənin adını e-məktubunuzun mövzu hissəsində (Mühasib köməkçisi – 1C Operator) qeyd etməyinizi xahiş edirik.
Qeyd: Yalnız tələblərə cavab verən namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar
Oxşar vakansiya siyahısı:
PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A şirkəti Mühasib vəzifəsi üzrə vakansiyasını elan edir ...