Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Big Store Greenhouse Mühasib köməkçisi vəzif.əsi üzrə vakansiya elan edir.
Şirkətin adı: “Big Store Greenhouse” MMC
“Big Store Greenhouse” MMC Azərbaycanda premium dərəcəli istixana pomidorlarının ən bpyük istehsalçılarından biri olmaqla, ölkə iqtisadiyyatına öz töhfələrini verməklə yanaşı mindən artıq təhsilli insana iş imkanları yaradır. İstehsalatın keyfiyyətinin artırılması, xidmət səviyyəsinin yüksəldilməsi sahələrində dünyanın tanınmış şirkətləri ilə əməkdaşlıq edir və gələcək planlarını həyata keçirmək üçün daxili işçi məmnuniyyətinə xüsusi önəm verir.
İşin adı: Mühasib köməkçisi
İş yeri: Bakı şəhəri, Zirə qəsəbəsi
- Zirə və ona ətraf ərazilərdə yaşayan şəxslərə üstünlük veriləcək
İş qrafiki :
- 5 günlük (08:00 – 17:00); şənbə günü (08:00-14:00)-bazar günü iş günü deyil.
İş barədə məlumat:
- E-qaimə fakturalarının yazılması və göndərilməsi
- Mühasibat uçotunun aparılması (əsas vəsaitlər, istehsal üzrə məsrəflər, mal göndərən və istehlakçı ilə hesablaşmalar)
- Əmək haqqı hesablanması
Namizədə tələblər:
- Detallara qarşı diqqətlilik, analitik düşüncə tərzi, rahat ünsiyyət yaratmaq qabiliyyəti, problemləri müstəqil həll edə bilmək bacarığı
- Office proqramlarını yüksək səviyyədə bilməli
Namizədlərdən xahiş olunur ki, tərcümeyi-hallarını bigstoregreenhouse@gmail.com e-mail ünvanına mövzu yerində “Mühasib köməkçisi” qeyd edərək göstərsinlər.
Oxşar vakansiya siyahısı:
Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
TEZ Logistics MMC şirkəti Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Expressbank ASC Kreditlərin anderraytinqi şöbəsinin mütəxəssisi / aparıcı mütəxəssisi / baş mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...