Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Wentto Electronics Mühasib köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. MS Office proqramları ilə işləməyi bacarmalıdır.
Vəzifə öhdəlikləri:
- E-taxes.gov.az ,stat.gov.az , e-gov.az portallarında məlumatların yoxlanması və qeydiyyata alınması;
- Şirkətin bank hesablarında və ƏDV depozit hesablarında əməliyyatlar aparmaq,gəlir-xərc məlumatlarını müvafiq qaydada yeniləmək;
- Şirkətin nəqliyyat vasitələrinə dair etibarnamələrin,BNA və DYP dair sənədlərin hazırlanması,yanacaq və digər servis əməliyyatlarının qeydiyyatının aparılması;
- Sifarişçilər və satış ilə bağlı məlumatları hazırlamaq, hesab-fakturaları, qaimə-fakturaları ,partnyorlarla müqavilələri və digər xərc sənədlərini hazırlamaq (tərtib etmək);
- Üzləşmə aktlarının tərtib edilməsi;
- Baş mühasibin digər tapşırıqlarının yerinə yetirilməsi;
Tələblər:
- Azərbaycan dilini səlis bilməli,xarici dil bilikləri üstünlükdür;
- Xüsusi tələb:Xanım namizədlər müraciət edə bilər;
- Yaş həddi: 22 — 30 yaş;
- Ali təhsil (Maliyyə ,İqtisadiyyat və Mühasibatlıq sahəsi üzrə);
- Microsoft Office, 1C, BTP proqramlarını normal səviyyədə bilməlidir,
- Mühasibatlıqla bağlı yerli qanunvericiliyi, vergi məcəlləsini bilməli;
- İşgüzar ünsiyyət və danışıqlar aparılmasını bacarmalıdır.
Müraciət qaydaları:
Müraciət etmək üçün CV-nizi hr@wentto.az elektron poçt ünvanına mövzu hissəsində – “Mühasib köməkçisi” yazıb göndərə bilərsiniz. Yalnız qeyd olunan tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq.
Oxşar vakansiya siyahısı:
Unibank Borcların təhlili üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
CMT Group MMC Muhasib vəzifəsi üzrə vakansiya elan edir. ...
“Az Protein Foods Group” MMC Mühasib köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
AZDIZAYN GROUP Maliyyə meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...