Mühasib-əməliyyatçı
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ecomedi şirkəti Mühasib-əməliyyatçı vəzifəsi üzrə vakansiya elan edir.

İş barədə məlumat:

  • E-qaimələrin gündəlik olaraq portaldan yoxlanılaraq təsdiqi, müqavilələr və daxili sifarişlərlə üzləşdirilməsi və 1C proqramına işlənməsi
  • Kreditorlarla bağlı hesabatların tərtibi (1C və excel fayllarında)
  • Satış hesabatlarının tərtibi, müqavilələrə əsasən e-qaimələrin göndərilməsi,excel və 1C proqramına satışların gündəlik işlənməsi
  • Debitor hesabatlarının aparılması və debitorlarla gecikdirilən borclara görə telefon əlaqələrinin saxlanılması, borclara nəzarət
  • Əsas vəsaitlərin və onların amortizasiyalarının 1C və excel fayllarında uçotunun tərtibi və nəzarəti
  • Bütün kassa və bank əməliyyatlarının 1C proqramına yığılması, köçürmələrin aparılması, Internet bankiglə işləmə bacarığı
  • Vəzifə öhdəlikləri daxilində rəhbərlik tərəfindən verilmiş işlərin icrası
  • Mühasibat sənədlərinin saxlanılıb qorunması, lazım olan vaxtda arxivləşdirilməsi

Əsas tələblər:

  • Ali təhsil;
  • Azərbaycan dilində mükəmməl, rus dilini orta səviyyədə bilmək;
  • Microsoft Office proqramlarını (WORD, EXCEL) əla səviyyədə bilmək;
  • AR Əmək Məcəlləsi və Vergi Məcəllələrini bilmək;
  • 1C (7.7, 8.2, 8.3) mühasibatlıq proqramında əla səviyyədə işləmək bacarağı;
  • Analitik təhlil bacarığı;
  • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;

İş şərtləri:

  • İş qrafiki: I-VI günlər 09:00-dan 18:00-dək, istirahət günü: bazar;
  • Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirilir;
  • Əmək haqqı 800-1200 AZN

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Mühasib-Əməliyyatçı” qeyd edərək göndərmələri xahiş olunur.

Oxşar vakansiya siyahısı:

Əməkhaqqı Hesablanması üzrə Mütəxəssis

Aztelco Group MMC Əməkhaqqı Hesablanması üzrə Mütəxəssis Vəzifəsi üzrə vakansiya elan edir. ...

Aztelco Group MMC

23.10.2025 - Bakı

Mühasib

Güvənli MMC Mühasib vəzifəsi üzrə işçi qəbulu elan edir. ...

Güvənli MMC

20.10.2025 - Bakı

500₼
Kassir

Ə/h 500 AZN + bonus. Super Toys Kassir vəzifəsi üzrə vakansiya elan edir. ...

Super Toys

06.10.2025 - Bakı