Qısa məzmun
Agrarco Mühasib (Bakı şəhəri) vəzifəsi üzrə vakansiya elan edir.
Namizədə dair tələblər:
- Təhsil: Ali (İqtisadiyyat, Mühasibatlıq və Maliyyə)
- Dil bilikləri: Azərbaycan dili (sərbəst), Rus dili (arzuolunandır)
- Kompüter bilikləri: MS Office, 1C mühasibatlıq proqramı
- İş təcrübəsi: Müvafiq sahə üzrə 1 ildən artıq
Vəzifə öhdəlikləri:
- İş sahəsi üzrə uçot sənədlərinin vaxtında və düzgün tərtib və təqdim edilməsi, xərclərin düzgün təsnifləşdirilməsi, hesab qalıqlarının balanslaşdırılması;
- Bütün vergi hesabatları, bəyannamələr, statistika hesabatları, subsidiyaların bəyan edilməsi və nəzarət;
- Bank və kassa əməliyyatları, ödənişlərin icra edilməsi, kreditorlar və debitorlarla üzləşmələrin aparılması;
- Maliyyə hesabatlarının hazırlanmasında təməl biliklərin olması, maliyyə uyğunsuzluqlarını aşkarlayıb aradan qaldırmaq;
- Əmək haqqı hesablaması və icra vərəqələri ilə iş;
- Mühasibatlıq üzrə digər biliklərin olması.
İş şərtləri:
- İş saatları: 09:00-18:00
- Nahar fasiləsi: 13:00-14:00
- İstirahət günü: Şənbə, Bazar
Əmək haqqı: Müsahibə əsasında təyin olunacaq.
Göstərilən tələblərə cavab verən namizədlərdən mövzu (subject) hissəsinə “Mühasib” – Baş Ofis üzrə yazaraq CV-lərini göndərmələri xahiş olunur.
Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
Oxşar vakansiya siyahısı:
Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti)
PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mühasib
Mətanət A şirkəti Mühasib vəzifəsi üzrə vakansiyasını elan edir ...