Mühasib (mal – material və əsas vəsaitlər üzrə)
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Azərşəkər LLC Mühasib (mal – material və əsas vəsaitlər üzrə) vəzifəsi üzrə vakansiya elan edir. Azərbaycan dili mütləqdir.

İşin təsviri:

  • Anbar fəaliyyətinin təşkili və mal-material ehtiyatlarının idarə olunması, o cümlədən sifarişlərin yerinə yetirilməsi sistemi, müvafiq əməliyyatların lazimi səviyyədə təşkili, inventar siyahılarının dəqiqliyi kimi sahələrə aid məsələlərin bütün cəhətlərini bilməsi;
  • Mal-material ehtiyatlarının hərəkətinin, avadanlıqların və əsas vəsaitlərin idarə olunması və saxlanmasının bütün mərhələlərində anbar fəaliyyətinin ən yüksək standartlara uyğun şəkildə təşkil olunmasının təmin edilməsi;
  • Mal-material ehtiyatlarının və əsas vəsaitlərin hərəkətinin qanunvericilik və mühasibat standartlarına uyğun uçotun təmin edilməsi;
  • Anbarlar üzrə mal-material ehtiyatlarının mədaxil və məxaric, yerdəyişmə və qaytarılma sənədlərinin (təhvil-təslim aktı, yerdəyişmə, silinmə aktı və s.) müntəzəm olaraq alınmasına və düzgün tərtib olunmasına, proqram təminatına vaxtında işlənməsinə nəzarət edilməsi;
  • Regionlar üzrə təsərrüfatlarda mal-materiallar ehtiyatlarının, əsas vəsaitlərin hərəkəti ilə bağlı sənədlərin proqram təminatına vaxtında daxil edilməsinə nəzarət edilməsi, hesabat ayı üzrə mal-materiallar ehtiyatları üzrə imzalı hesabatların təqdim edilməsinə nəzarət edilməsi;
  • Alınmış ilkin sənədlər və hesabatlar əsasında aylıq mal-materiallar ehtiyatlarının silinməsinin yoxlanılması;
  • Baş ofis və regionlarda ay, rüb və il sonlarında əsas vəsaitlərin, mal-materialların inventarizasiyası prosesinin aparılması, inventarizasiya üzrə cədvəllərdə uçot və faktiki miqdar və məbləğ, kənarlaşma miqdarı və məbləğini hesablanmasının həyata keçirilməsi.

Tələblər:

  • Ali Təhsil (Mühasibatlıq, maliyyə, iqtisadiyyat)
  • Müvafiq sahədə ən azı iki il iş təcrübəsi
  • Regionlara mütəmadi səyahət etmək imkanının olması (ay ərzində iki dəfə)
  • Kompüter bilikləri: Microsoft Office/Excel, 1C 8.3 proqramında mükəmməl işləmə bacarığı
  • Nəzarət etmək və yerində təlimat vermək bacarığı
  • Azərbaycan dili mütləq, digər dil bilikləri üstünükdür.

Əlavə məlumat:

  • Iş yeri: BEGOC Biznes mərkəzi, Zərifə Əliyeva 93
  • İş qrafiki: həftənin 5 günü, saat 09:00-dan 18:00-dək
  • İşçi tibbi sığorta və korporativ nömrə ilə təmin edilir

    Maraqlanan şəxslər öz CV formalarını “Mühasib” başlığı ilə hr@azsf.az elektron poçt ünvanına göndərə bilərlər.

Oxşar vakansiya siyahısı:

Aparıcı Mühasib

INEO Group şirkəti Aparıcı Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

INEO Group

17.07.2025 - Bakı

500₼
Xəzinədar

Sağlam Ailə Xəzinədar vəzifəsi üzrə vakansiya elan edir. ...

Sağlam Ailə

16.07.2025 - Bakı

500 — 600 ₼
1C Operator

Dashyunu.az MMC şirkəti 1C Operator vəzifəsi üzrə vakansiya elan edir. Analitik düşüncə qabliyyəti və riyazi bilik səviyyəsi olmalıdır. ...

Dashyunu.az MMC

16.07.2025 - Bakı

400 — 700 ₼
Mühasib – aktuar

Meqa Həyat Sığorta şirkəti Mühasib - aktuar vəzifəsi üzrə vakansiya elan edir. ...

Meqa Həyat Sığorta

16.07.2025 - Bakı

3000₼
Maliyyə Direktoru

Dashyunu.az MMC şirkəti Maliyyə Direktoru vəzifəsi üzrə vakansiya elan edir. ...

Dashyunu.az MMC

14.07.2025 - Bakı

1000₼
Baş Kredit Mütəxəssisi

Brand Credit BOKT Baş Kredit Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...

Brand Credit BOKT

09.07.2025 - Bakı, Bərdə

700₼
Aparıcı kredit mütəxəssisi

Əmək haqqı 700 + Bonus. Brand Credit BOKT Aparıcı Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...

Brand Credit BOKT

09.07.2025 - Bakı, Bərdə

Kredit Mütəxəssisi

Brand Credit BOKT Kredit Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Brand Credit BOKT

09.07.2025 - Bakı

Aparıcı mühasib

Aznet Technologies QSC Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir.a ...

Aznet Technologies

18.06.2025 - Bakı