Qısa məzmun
Şabran Aqro Mühasib – anbardar vəzifəsi üzrə vakansiya elan edir.
İş barədə məlumat:
- Sənədə əsasən istehsalın saxlama anbarlarındakı məhsullarını nəzarət anbarına transfer etmək
- Anbarda olan mal və materialların təhlükəsizliyinə, saxlanılması rejiminə, sənədləşdirmə və mədaxil-məxaric sənədlərinin təhvili qaydalarına riayət olunduğunu təmin etmək
- Mal və materialın inventarizasiyasına təlimatlara uyğun hazırlaşmaq, təşkil etmək və iştirak etmək
- Köhnəlmiş, zərər görmüş və xarab olmuş mal və materialları təyin etmək və onlar barədə müvafiq izahatı mühasibatlığa təqdim etmək
- Anbar əməliyyatlarının uçot və hesabatlarının aparılmasına nəzarət etmək
- Anbardakı malları gündəlik, haftəlik, aylıq sayılması
- Anbarda olan malları invertar nömrəsi ilə nömrələnməsini
- Daxil olunmuş sənədlərin qeydiyyata alınması
- Hesabat üçün məlumatları hazırlamaq, mühasibat sənədlərinin qorunmasına nəzarət etmək
- Anbara qəbul olunan hər növ material və dəzgah hissələrini təhvil alaraq anbar yerləşim planına uyğun olaraq yerləşdirmək
- Anbarların hər zaman təmiz, səliqəli olmasını təmin etmək
- Müəsisə Şabran ərizisində yerləşir;
- 6 günlük iş qrafiki
- Əmək haqqı: +700 AZN
- Nahar şirkət tərəfindən verilir
Namizədə tələblər:
- Ali Təhsil (Bakalavr)
- Müvafiq vəzifə üzrə üzrə 2 il iş təcrübəsi
- MS office (yaxşı səviyyədə EXCEL) və 1C proqramlarında işləmək bacarığı
- Yaş həddi: 25-40
Müraciət etmək istəyən namizədlər, hr@shabranagrocomplex.az e-mail ünvanına mövzu bölməsində “anbar mühasibi” qeyd edərək CV göndərə bilər.