Qısa məzmun
Ə/h razılaşma yolu ilə. 189 Taxi Mühasib vəzifəsi üzrə vakansiya elan edir. Vergi Məcəlləsi üzrə mükəmməl biliklər olmalıdır.
Öhdəliklər:
- Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyətin təşkili və nəzarəti
- Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsinin təşkili və nəzarəti
- Əmək haqqının ödənilməsi hesablarını, dövlət büdcəsinə məcburi ödəmələri, dövlət sosial sığorta fonduna ayırmaları, digər ayırmaları tərtib və nəzarət edir.
- Maliyyə nizamına ciddi əməl edilməsini, inzibati təsərrüfat və digər xərclərin, debitor borclarının, çatışmazlıqlarının və digər hesabların mühasibat uçotunda düzgün əks etdirilməsini təmin edilməsi
- Tabeçiliyində olan işçilərin işinə firmanın strukturu və idarəetmə prinsiplərinə uyğun nəzarət etməlidir
- Mühasibatlıq fəaliyyəti ilə bağlı arxivləşdirməni təmin etməlidir.
- İllik hesabatların audit tərəfindən yoxlanması üçün hazırlıqların görülməsi.
- Yerli mühasibat uçotu qanunvericiliyinə görə maliyyə hesabatlarının tərtib edilməsi (Balans və s.)
- Müəssisənin fəaliyyəti ilə bağlı Dövlət Qurumları , Qeyri dövlət qurumları ilə işləmlərin aparılması.
- Şirkətə gələn mal alış sənədlərinin (qaimələrinin), müştərilərdən köçürmə yolu ilə cari hesaba daxil olan ödəmələrin müvafiq qaydada yoxlanılıb müvafiq proqrama daxil edilərək gündəlik bank qalığının yoxlanılmasına nəzarət etmək;
- Beynəlxalq mühasibat uçotuna uyğun hesablar planının tərtibi, İdarəetmə uçotunun qurulması.
Namizədə tələblər:
- İqtisadiyyat, Mühasibatlıq və ya Maliyyə-kredit üzrə ali təhsil;
- 35-50 yaş həddi ,
- Minimum 8 il mühasibat, iqtisadiyyat, maliyyə, audit sahəsində, baş mühasib vəzifəsində azı 5 il iş təcrübəsi
- Komputer bilikləri – MS office, 1C
- Mühasibat uçotunun milli və beynəlxalq standartları üzrə biliklər
- Vergi Məcəlləsi üzrə mükəmməl biliklər
- Azərbaycan dili (Rus dili arzuolunandır.);
Ofis-şəhərin mərkəzində
6 günlük iş qrafikı, 9.00-18.00
Əmək haqqı – müsahibə nəticəsi əsasında müəyyənləşdirilir
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini hr@taxibaku.az elektron ünvanına göndərsinlər.
Tel: 055 203 98 89
Oxşar vakansiya siyahısı:
AGRO - WEST DC LLC şirkəti Maliyyə nəzarət mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Siyəzən Broyler MMC Mühasib-operator vəzifəsi üzrə vakansiya elan edir. ...
SUPERFON Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
SUPERFON Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Camal LTD şirkəti 1C operator vəzifəsi üzrə vakansiya elan edir. Məsulliyyətli, ciddi və işguzar olmalıdır. ...
Camal LTD şirkəti 1C operator vəzifəsi üzrə vakansiya elan edir. Məsulliyyətli, ciddi və işguzar olmalıdır. ...