Mühasib
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h 1000 AZN. Corn Processing Company Mühasib vəzifəsi üzrə vakansiya elan edir. Azərbaycan Respublikasının Vergi Məcəlləsini bilməlidir.

“CPC” MMC (Corn Processing Company) ən müasir texnoloji avadanlıqlarla təchiz olunmuş sənaye üsulu ilə hazırlanan şəkər əvəzedici məmulatlarının istehsalı sahəsində cənubi Qafqazda yeganə müəssisədir. “CPC” MMC – də istehsalat tam avtomatlaşdırılıb və ən yüksək gigiyenik, həmçinin qida təhlükəsizliyi standartlarına cavab verir.

Məkan: SAHIL PLAZA
Departament: Maliyyə departamenti
Tabeçilik: Mühasib birbaşa Maliyyə departamentinin müdirinə tabedir;
Staj: Mühasib vəzifəsinə 3 ay sınaq müddəti tətbiq olunmaqla ali təhsilli, müvafiq iş üzrə 3 ildən az olmayaraq iş stajı olan şəxslər təyin edilir.
Əmək haqqı: 1000 AZN-dən başlayaraq

BİLMƏLİDİR

  • Azərbaycan Respublikasının Vergi Məcəlləsini;
  • Beynəlxalq mühasibat uçotu qaydalarını;
  • Mühasibat uçotunun hesablar planının tətbiqinin əsas müddəalarını;
  • Mühasibat hesabının təşkili və hesabatın tərtibi üzrə yuxarı orqanların əsasnamə, sərəncam və əmrlərini, metodiki-normativ və başqa rəhbər materialları;
  • Vergi və digər mövzularla bağlı onlayn (internet üzərindən) müraciətləri və işlərin icrasını;
  • Sənədlərin rəsmiləşdirilməsi, təsərrüfat vəsaiti və onun hərəkətinin mühasibat hesabı sistemində əks olunma qaydalarını;
  • Hesablama texnikasının istismarı qaydalarını və elektron mühasibat programlarından istifadə qaydalarını;;
  • Hesabat sahələri üzrə sənəd dövriyyəsinin təşkilini;

VƏZİFƏ BORCLARI

  • Hesabat tərtib etmək üçün uçotun müvafiq sahələri üzrə məlumat hazırlayır, mühasibat sənədlərinin saxlanılmasına nəzarət etmək, onları müəyyən edilmiş qaydada arxivə təhvil vermək üçün rəsmiləşdirmək;
  • Mühasibat hesabının müxtəlif sahələri üzrə əsas vəsaitlərin, əmtəə-maddi qiymətlilərin, istehsala çəkilən xərclərin, məhsulun satılmasının, təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrinin hesabının aparılması, sifarişçilərin-tədarükçülərin hesabı, eləcə də göstərilən xidmətlər hesabını aparmaq;
  • Pul vəsaitlərinin (bank və kassa), əmtəə maddi qiymətlilərinin hərəkəti ilə bağlı əməliyyatları mühasibat hesabında əks etdirmək;
  • Dövlət büdcəsinə ödənişlərin, sosial sığorta ayırmalarının, fəhlə və qulluqçuların əmək haqqına yönəldilən maliyyə vəsaitlərinin ayrılmasını, vergilərin, ödənişlərin, eləcə də istehlak fonduna vəsaitin köçürülməsini həyata keçirmək;
  • Qənaət rejiminin və sənəd dövriyyəsinin təkmilləşdirilməsi tədbirlərinin yerinə yetirilməsində yaxından iştirak etmək;
  • Səlahiyyətinə aid olan məsələlərlə bağlı rəhbərlik və Cəmiyyətin bütün struktur bölmə nümayəndələri ilə qarşılıqlı fəaliyyəti uğurla həyata keçirmək;
  • Fəaliyyəti prosesi zamanı aşkar etdiyi bütün çatışmamazlıqlar barəsində bilavasitə rəhbərinə məlumat verməklandırmaq və onların aradan
    qaldırılması üzrə təkliflər vermək;
  • Xidməti borcunu vaxtında və dəqiq yerinə yetirmək, təşəbbüskar olmaq, ixtisasını daim təkmilləşdirmək;

Göstərilən tələblərə cavab verən namizədlər öz CV – lərini hr@cpccom.az ünvanına göndərə bilərlər. (CV göndərərkən məktubun “Mövzu” (“Subject”, “Тема”) qismində vakansiyanın adını mütləq qeyd etməyiniz xahiş olunur, əks halda müraciətlərinizə baxılmayacaq).

Oxşar vakansiya siyahısı:

Aparıcı Mühasib

INEO Group şirkəti Aparıcı Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

INEO Group

17.07.2025 - Bakı

500₼
Xəzinədar

Sağlam Ailə Xəzinədar vəzifəsi üzrə vakansiya elan edir. ...

Sağlam Ailə

16.07.2025 - Bakı

500 — 600 ₼
1C Operator

Dashyunu.az MMC şirkəti 1C Operator vəzifəsi üzrə vakansiya elan edir. Analitik düşüncə qabliyyəti və riyazi bilik səviyyəsi olmalıdır. ...

Dashyunu.az MMC

16.07.2025 - Bakı

400 — 700 ₼
Mühasib – aktuar

Meqa Həyat Sığorta şirkəti Mühasib - aktuar vəzifəsi üzrə vakansiya elan edir. ...

Meqa Həyat Sığorta

16.07.2025 - Bakı

3000₼
Maliyyə Direktoru

Dashyunu.az MMC şirkəti Maliyyə Direktoru vəzifəsi üzrə vakansiya elan edir. ...

Dashyunu.az MMC

14.07.2025 - Bakı

1000₼
Baş Kredit Mütəxəssisi

Brand Credit BOKT Baş Kredit Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...

Brand Credit BOKT

09.07.2025 - Bakı, Bərdə

700₼
Aparıcı kredit mütəxəssisi

Əmək haqqı 700 + Bonus. Brand Credit BOKT Aparıcı Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...

Brand Credit BOKT

09.07.2025 - Bakı, Bərdə

Kredit Mütəxəssisi

Brand Credit BOKT Kredit Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Brand Credit BOKT

09.07.2025 - Bakı

Aparıcı mühasib

Aznet Technologies QSC Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir.a ...

Aznet Technologies

18.06.2025 - Bakı