İş şərtləri:
- Stabil iş
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
- Rəsmi, stabil ödənilən əmək haqqı
- İş saatı 1-5-ci günlər 09:00-dan 17:00-a kimi, 6-cı gün 09:00-dan 14:00-a qədərdir
- İstirahət: Bazar günü
- İcbari sığorta
- Korporativ rabitə vasitəsi
- Mehriban kollektiv
Tələblər:
- Təhsil: Ali iqtisadi təhsili
- İş təcrübəsi: Minimum 3-5 il
- Dil bilikləri: Azərbaycan, rus və ingilis dillərində danışıq, yazmaq və oxumaq qabilliyyəti
- Mühasibatlıqla bağlı yerli qanunvericiliyi bilməli
- Vergi, əmək qanunvericilikləri üzrə məlumatlı olmalı
- Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti
- Kompyuter bacarıqları: Microsoft Office, Internet Explorer, 1 C proqramları ilə işləmə bacarığı. Vergi saytında online E-qaimə, EVHF kəsmək bacarığı
- Kargüzarlıq işlərini bilmək
- Ofis avadanlıqlarından sərbəst şəkildə istifadə etmək bacarığı
Əsas vəzifə öhdəlikləri:
- Azərbaycan Respublikasının qanunvericiliyinə və digər normativ-hüquqi aktların tələblərinə ciddi riayət etməlidir;
- Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
- İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək;
- Əsas vəsaitlərin uçotunun aparılmasını, inventarizasiyasının müəyyən olunmuş müddətdə keçirilməsinə nəzarət və iştirak etmək;
- Təhtəl hesab, balans, avans hesabatının aparılmasını təmin etmək;
- Rəsmi hesabatların hazırlanması (Statistika, DSMF);
- Hesab və elektron qaimə-fakturaların yazılması;
- Daxili mühasibatlıq sistemində köçürmələrin idarəedilməsi
- Gündəlik hesabları üzrə qalıqlar hesabatı;
- Mal/Xidmətlərin, müqavlə və sifarişlərin yoxlanılması;
- Vaxtlı-vaxtında və lazımi qaydada təsdiqedici sənədlərin əldə olunması/təqdim edilməsi üçün təchizatçılarla/müştərilərlə yazışmaların aparılmasının təmin olunması;
- Hamiləlik, Əmək qabiliyyətinin olmaması vərəqələri üzrə ödənişlərin hesablanması və bununla bağlı DSMF-na təqdim olunmalı sənədlərin hazırlanması
Mzuniyyət, xəstəlik və / və ya analıq ərizələrinə / vərəqlərinə əsasən müvafiq hesablamaları təşkil və nəzarət edilməsi; - Əmək haqqının verilmə dövrünə uyğun olaraq bütün əmək haqlarına dair əməliyyatlarının vaxtında və düzgün emal olunmasını təmin edilməsi;
- Əmək haqqı sistemi vasitəsilə şirkət üçün əmək haqqının hazırlanmasının düzgün və vaxtında həyata keçirməsi;
- Əmək qanunvericiliyinə və şirkətin siyasətinə uyğun olaraq əmək haqlarının işçilərə verilməsinin təmin edilməsi;
- Əmək haqqısına dair hesablamaların aparılması və hesabatların tərtib edilməsi;
- Əmək haqqına dair bütün sorğu/sualların araşdırılması və cavablandırılması;
- Əmək haqqının verilməsinə dair vasitələr, ən yaxşı təcrübələr və proseslərin təkmilləşdirilməsi;
- Əmək haqqını hesablamaq, rüblük və illik hesabatlar hazırlamaq və Dövlət Sosial Fonduna təqdim edilməsi;
- “BTP” (Vergi ofısi) və “B3Editor” (Sosial Fond) e-mail hesabat proqramından istifadə etməklə, Azərbaycan Respublikasının qanunvericiliyinə və yerli tələblərə uyğun olaraq vergilərə dair aylıq, rüblük və illik olaraq hesabatlar, о cümlədən statistik hesabatların tərtib edilməsi;
- İşə qəbul edilmiş əməkdaşlara bank hesabı açılması və əməkdaşların əmək haqqı kartlarının sifarişinə və təmin edilməsinə dair müvafiq banklara müraciətlərin həyata keçirilməsi;
- Mal-material qiymətlilərin inventarizasiyasında iştirak edir və onlar üzrə müvafiq aktları rəsmiləşdirir;
- Vəzifəsi ilə əlaqədar məsələlərə dair işçilərin sorğularını cavablandırmaq;
- Gördüyü işlərə və vurduğu ziyana görə məsuliyyət daşıyır;
- İş prosesində məlumatların məxfiliyinin saxlanılması;
- Öhdəsinə düşən digər əmək funksiyalarının yerinə yetirilməsi;
- Əməyin mühafizəsi və yanğından mühafizə, texniki təhlükəsizlik qaydalarına, əmək və nizam-intizam qaydalarına riayət etməlidir.
Qeyd:
- İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur; CV-yə yanlış və qeyri-düzgün məlumatlar daxil etdiyi aşkar olunan şəxslər işə götürülmürlər.
- Göstərilən tələblərə cavab verən və şərtləri qəbul edən namizədlər öz CV-lərini (Namizədin fotosunun olması mütləqdir) Hr@caspianservices.az elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını məktubun başlıq hissəsində (Mühasib) göstərməyiniz vacibdir. Əks təqdirdə belə müraciətlilərə baxılmayacaqdır.
- Yuxarıda qeyd olunanları nəzərə alaraq, bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq. Şifahi müraciətlərə (zənglərə) baxılmayacaq.
- İş yeri: Bakı şəhəri, Heydər Əliyev prospekti 103 (Şəhərin mərkəzində ofis)
Oxşar vakansiya siyahısı:
Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti)
PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mühasib
Mətanət A şirkəti Mühasib vəzifəsi üzrə vakansiyasını elan edir ...