Qısa məzmun
Posonline MMC Mühasib vəzifəsi üzrə vakansiya elan edir.
İş barədə məlumat
- ƏDV, SV, Mənfəət, DSMF, Statistika və sair hesabatların hazırlanması və aidiyyatı orqanlara göndərilməsi;
- Vergi risklərinə nəzarət olunması və bununla bağlı müvafiq tədbirlərin görülməsinin təmin edilməsi;
- Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili;
- Müqavilələrin redaktə edilməsi və düzəldiməsi, aktların, hesab fakturaların, protokolların və digər növ mühasibat sənədlərinin tərtib edilməsi;
- Elektron qaimə fakturaları hazırlamaq və göndərmək;
- Daxil olan elektron qaimə fakturaların doğruluğunu yoxlamaq;
- Bank əməliyyatlarını həyata keçirmək;
- Əmək haqqı hesablanması, işçi tabelinin işlənməsi;
- Mövcud şirkətdaxili qaydalara müvafiq sənədləri,eləcə də kreditorlarla bağlı öhdəliklərə dair hesabatları hazırlamaq və kreditorlara öhdəlikləri haqqında məlumat vermək;
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- İş qrafiki: 5 günlük 09:00-dan – 18:00-dək
- İstirahət günü: şənbə və bazar günləri
- İş yeri: Ziya Bünyadov 11 (Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamenti yaxınlığı)
Namizədə tələblər
- Müvafiq sahədə ali və ya orta təhsil;
- Mühasibatlıq sahəsində minimum 1 (bir) il iş təcrübəsi;
- Kompüterdə, həmçinin, MS Office proqramlarında (Excel,Word) işləmək bacarığı;
- Riyazi və analitik bacarıq;
- Məsuliyyət və işində dəqiqlik;
- Komanda ilə işləmə bacarığı;
Qeyd: Konsaltinq təcrübəsi və xanım namizədlərə üstünlük veriləcəkdir.
Əmək haqqı namizədin bilik və bacarıqlarına əsasən tənzimlənəcək.
Oxşar vakansiya siyahısı:
Əməkhaqqı Hesablanması üzrə Mütəxəssis
Aztelco Group MMC Əməkhaqqı Hesablanması üzrə Mütəxəssis Vəzifəsi üzrə vakansiya elan edir. ...
Mühasib
Güvənli MMC Mühasib vəzifəsi üzrə işçi qəbulu elan edir. ...
Audit
BOKT “Falcon Finance” MMC Audit vəzifəsi üzrə vakansiya elan edir. ...
Komplayens şöbəsinin mütəxəssisi
BOKT “Falcon Finance” MMC (Bakı filialı) Komplayens şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...