Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Damla Mebel MMC Mühasib vəzifəsi üzrə vakansiya elan edir. 1C-in 8.3 proqram təminatında təcrübə olmalıdır.
Vəzifə öhdəlikləri:
- Vergi hesabatlarının (ƏDV, ÖMV, MÖMV, Gəlir vergisi) hazırlanması və təqdim edilməsi
- DSMF hesabatlarının hazırlanması və təqdim edilməsi .
- Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi .
- Məşğulluq idarəsinə hesabatların hazırlanması və təqdim edilməsi .
- Əmək haqqı, məzuniyyət və son haqq hesabların hazırlanması .
- Əmək haqqı fondunun xərclənməsinə, ştat cədvəlinə, tabel və sair sənədlərə ciddi riayət olunmasına nəzarət etmək .
- E-Qaimə Faktura, Elektron Vergi Hesab Fakturalarının tərtib olunması və göndərilməsi .
- Gündəlik kassa, bank, mal uçotunun aparılmasını təmin edir
- Əsas vəsaitlərin uçotunu aparır .
- Malsatanlarla üzləşmələrin vaxtında aparılmasını təmin edir .
Namizədə tələblər:
- Yaş: 25-40 yaş;
- Ali təhsilli (Üstünlük veriləcək İqtisadiyyat sahəsini bitirənlərə) ;
- Microsoft ofis proqramlarından Excel, Word yaxşı istifadə bacarığı;
- Azərbaycan Respublikasının Vergi Məcəlləsini nəzəri biliklərin olması arzu olunandır;
- 1C-in 8.3 proqram təminatında təcrübə olmalıdır;
- Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti güclü olmalı .
- Problemləri həll etmə, vəzifə öhtəliklərini tam və vaxtında icra etmək bacarığı olmalıdır;
İş şəraiti:
- AR-nın Əmək Məcəlləsinə əsasən sənədləşdirmə
- İş qrafiki: Həftənin 6 günü.
- Əmək haqqı : Müsahibə zamanı təyin ediləcək.
- İş yeri: Masazır q. Qurtuluş YK-nin yaxınlığı.
- 20 Yanvar metrosu, Sumqayıt şəhəri və Xırdalandan işçilərin daşınması üçün servis xidməti mövcuddur.
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini hr@damlamebel.az elektron ünvanına mövzu yerinə “Mühasib” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.
Oxşar vakansiya siyahısı:
Aznet Technologies QSC Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir.a ...
Ə/h 1000-1800 AZN. Abacus Audit And Consulting Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Askona Mühasib (Əmək haqqı və ödəmələr üzrə) vəzifəsi üzrə vakansiya elan edir. ...
Zeytun Pharmaceuticals Daxili Audit Üzrə Kiçik Mütəxəssis/ Mütəxəssis/ Aparıcı Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Oven Food Bakery Satış üzrə mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...