Qısa məzmun
“ASELSAN BAKÜ” MMC Mühasib vəzifəsi üzrə vakansiya elan edir.
“ASELSAN BAKÜ” MMC Mühasib vakansiyası elan edir!
Namizədə dair tələblər:
- Ali təhsil (İqtisadiyyat, maliyyə və ya mühasibat uçotu sahəsində təhsil);
- Mühasibatlıq sahəsində azı 3 illik iş təcrübəsi;
- MS Office proqramlarında, xüsusən də Excel-də yüksək səviyyədə istifadə bacarıqları;
- Güclü riyazi biliklər və analitik düşünmə bacarığı;
- PMS sertifikatı və Mikro proqramı biliyi üstünlükdür;
- Beynəlxalq mühasibat standartları (IFRS) və milli mühasibat standartları haqqında bilik;
- Vergi qanunvericiliyi, əmək qanunvericiliyi və mühasibatlıqla bağlı digər hüquqi sənədlər haqqında məlumatlılıq;
- Müvafiq mühasibatlıq proqramları ilə iş təcrübəsi;
- Əla yazılı və şifahi ünsiyyət bacarıqları;
- Yüksək məsuliyyət hissi və detallara diqqət;
- Müvafiq sertifikatlar və peşəkar inkişaf kurslarını keçmiş olmaq üstünlükdür;
- Yaş həddi 25-40 il;
- B kateqoriyalı sürücülük vəsiqəsi.
Vəzifə öhdəlikləri:
- Mənfəət, ƏDV, ÖMV, Əmlak və Vahid Bəyannamə hesabatlarının hazırlanması və müvafiq orqanlara təqdim edilməsi;
- Əmək haqqı, məzuniyyət, ezamiyyət və digər əmək haqqı ilə bağlı hesablamaların dəqiq və vaxtında aparılması;
- Müəssisə tərəfindən həyata keçirilən bütün maliyyə əməliyyatlarının mühasibat uçotu sistemində (Mikro proqramında) düzgün əks etdirilməsi;
- Korporativ siyasət və prosedurlara uyğun olaraq iş prosesinin effektiv idarə edilməsi;
- Vergi Məcəlləsi, Mülki Məcəllə və Əmək Məcəlləsinin mühasibatlığa aid olan hissələri haqqında geniş məlumatlılıq;
- Şirkətin maliyyə vəziyyətinin təhlili və maliyyə hesabatlarının hazırlanması;
- Büdcə planlaşdırılması və nəzarəti proseslərinin həyata keçirilməsi;
- Daxili və xarici audit proseslərinə dəstək vermək;
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.
mehemmedivend@aselsanbaku.az (Rəna xanım) və ya
abagirova@aselsanbaku.az (Aytən xanım)
Oxşar vakansiya siyahısı:
Camal LTD şirkəti 1C operator vəzifəsi üzrə vakansiya elan edir. Məsulliyyətli, ciddi və işguzar olmalıdır. ...
Premium Bank Əməliyyat risklərinin idarə edilməsi üzrə aparıcı/baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
INEO Group şirkəti Aparıcı Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
INEO Group şirkəti Aparıcı Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Dashyunu.az MMC şirkəti 1C Operator vəzifəsi üzrə vakansiya elan edir. Analitik düşüncə qabliyyəti və riyazi bilik səviyyəsi olmalıdır. ...
Meqa Həyat Sığorta şirkəti Mühasib - aktuar vəzifəsi üzrə vakansiya elan edir. ...