Mühasib
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

C and S Group LLC Mühasib vəzifəsi üzrə vakansiya elan edir.

Şirkətimiz ” Mühasib ” vakansiyasını açıq elan edir.

Vakansiya tələbləri:

  • Ali təhsil (iqtisadiyyat, maliyyə, mühasibatlıq və digər əlaqəli sahələrdə);
  • Yaş həddi: 25-35 yaş aralığında;
  • Müvafiq sahə üzrə 2-3 il iş təcrübəsi;
  • Azərbaycan dilində və rus dilində mükəmməl danışıq və yazı qabiliyyəti, ingilis dili üstünlükdür;
  • MS Office proqramlarında sərbəst işləmə bacarığı (xüsusilə word, excel);
  • Vergi Qanunvericiliyi üzrə biliklər;
  • E-qaimə fakturalarının, VHF yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə və e-gov.az , e-taxes.gov.az proqramı ilə işləmə bacarığı;
  • Sənədlərlə səliqəli işləmə bacarığı (qovluqlarda sənədlərin düzgün və səliqəli yerləşdirilməsi);
  • Komanda ilə işləmə bacarığı;
  • Səliqəli klassik iş geyimi (dress code).

Vəzifə öhdəlikləri:

  • İlkin sənədlərin qəbulunu və işlənməsini həyata keçirir, onlara nəzarət edir (əmtəə-nəqliyyat qaimələri, kassa sənədləri, kontragentlərlə olan müqavilələr);
  • Ödəniş tapşırıqları və ya internet bankçılıq vasitəsilə daxili və xarici ödənişlərin icra edilməsi;
  • Vergi hesabatlarının (Sadələşdirilmiş, ƏDV, ÖMV, Mənfəət) hazırlanması və təqdim edilməsi;
  • DSMF hesabatlarının hazırlanması və təqdim edilməsi;
  • Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi;;
  • Debitor-Kreditor cədvəlinin hazırlanması;
  • Online kargüzarlığa daxil olan məktubların mütamadi yoxlanılması və lazım gəldikdə cavablandırılması;
  • E-Qaimələrin tərtib edilməsi və müvafiq reyestrin aparılması;
  • Şirkət fəaliyyəti: konsaltinq – mühasibatlıq və maliyyə, HR və hüquqi xidmətlər;

İş şəraiti:

  • İş vaxtı: 09:00 – 18:00;
  • İş günü 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir);
  • Əmək haqqı: 1000 AZN (Gross);
  • Ünvan: Zərifə Əliyeva küç.55, Yeni Hayat Plaza;
  • Şirkət tərəfindən korporativ nömrə verilir.
Əgər yuxarıda qeyd olunan tələblərə cavab verirsinizsə və bu vəzifəyə müraciət etmək istəyirsinizsə müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu hissəsində göstərməklə CV-nizi office@csgroup.az elektron ünvanına göndərməyiniz xahiş olunur. Əks təqdirdə müraciətinizə baxılmaya bilər.

Oxşar vakansiya siyahısı:

Mühasib

CMT Group MMC Muhasib vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

25.04.2024 - Bakı

600 — 800 ₼
Mühasib köməkçisi

“Az Protein Foods Group” MMC  Mühasib köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

24.04.2024 - Bakı

Maliyyə meneceri

AZDIZAYN GROUP Maliyyə meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

AZ Dizayn Group

23.04.2024 - Bakı

600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi

Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Embafinans

15.04.2024 - Bakı

500₼
Mühasib Kassir

CMT Group MMC Muhasib -kassir vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

06.04.2024 - Gəncə

Mühasib

TEZ Logistics MMC şirkəti Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

TEZ Logistics

27.03.2024 - Bakı