Qısa məzmun
AzFit Mühasib vəzifəsi üzrə vakansiya elan edir.
Namizədə tələblər:
- Yaş 20– 25
- BTP, 1C(7.7, 8.3), Excel, Word proqramlarından yaxşı istifadə etmək
- E-taxes.gov.az, stat.gov.az portallarindan yaxşı istifadə etmək bacarığı
- Namizədin rus və ingilis dilini bilməsi üstünlükdür.
- Təhsil – Ali iqtisadi təhsilli
- Öhdəsinə düşən digər əmək funksiyalarının yerinə yetirilməsi
- Analitik düşüncə və təhlil bacarığı
- Peşəsinə yüksək motivasiya ilə yanaşma
- Səbrli,məsuliyyətli olması
- İş təcrübəsi minimum 1 il.
İş barədə məlumat:
- Mühasibat , vergi uçotu və DSMF, statistika ilə bağlı əməliyyatlar
- E-Qaimə fakturalarının və VHF yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı
- E-portal proqramı ilə işləmək bacarığının olması
- Qaimə və Vergi hesab fakturaların yazılması və üzləşmə aktların tərtib edilməsi
- Debitor və kreditor hesablaşmaların aparılması
- Mühasibat uçotu üzrə ilkin sənədləşmənin təşkili
- 1C (7.7, 8.3) proqramında bütün növ əməliyyatların aparılması və mühasibat yazılışlarının verilməsi
- Kassa,Bank əməliyyatlarının həyata keçirilməsi – Onlayn bankçılıq ilə ödənişlərin həyata keçirilməsi
- Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyətin təşkili və nəzarəti
- Daxil olan və çıxan pul vəsaitinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, maliyyə, hesabat və kredit əməliyyatlarının uçotunun təşkili və nəzarəti
- Əmək haqqının hesablanmasında iştirak , ödənilməsi , dövlət büdcəsinə məcburi ödəmələri, dövlət sosial sığorta fonduna ayırmaları, digər ayırmaları həyata kecirilməsi və nəzarəti
- İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanmasına, əmək haqqı fondunun sərf olunmasına nəzarət
- Fəaliyyəti ilə bağlı sənədlər dövriyyəsinin aparılması və imzalanması
- Mühasibatlıq fəaliyyəti ilə bağlı arxivləşdirməni təmin etməli
- Rəhbərliyin verdiyi digər tapşırıqların icrasını təmin etməli
İş şəraiti:
- Əmək qanunvericiliyinə əsasən işə qəbul həyata keçirilir.
- Əmək haqqı – başlanğıc 700 azn.
- Karyera yüksəlişi imkanları mövcuddur.
- Həftədə 2 gün istirahət günü təyin edilir.
- Əməkdaşa premium idman zalı istifadəsi üçün şərait yaradılır.
- Nahar şirkət tərəfindən təmin edilir.
- İş saatı həftədə 5 gün ,saat 09:00-18:00.
Oxşar vakansiya siyahısı:
Camal LTD şirkəti 1C operator vəzifəsi üzrə vakansiya elan edir. Məsulliyyətli, ciddi və işguzar olmalıdır. ...
Camal LTD şirkəti 1C operator vəzifəsi üzrə vakansiya elan edir. Məsulliyyətli, ciddi və işguzar olmalıdır. ...
Premium Bank Əməliyyat risklərinin idarə edilməsi üzrə aparıcı/baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
INEO Group şirkəti Aparıcı Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
INEO Group şirkəti Aparıcı Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Dashyunu.az MMC şirkəti 1C Operator vəzifəsi üzrə vakansiya elan edir. Analitik düşüncə qabliyyəti və riyazi bilik səviyyəsi olmalıdır. ...
Meqa Həyat Sığorta şirkəti Mühasib - aktuar vəzifəsi üzrə vakansiya elan edir. ...