Qısa məzmun
Supertoys şirkəti Mühasib vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- İşə çıxma tabeli əsasında işçilərin əmək haqlarının, digər ödəmə və ödənişlərin hesablanması, müəyyən edilmiş müddətdə əmək haqqlarının verilməsinə dair cədvəllərin hazırlanması
- Mal-material qiymətlilərin inventarizasiyasında iştirak etmək və onlar üzrə müvafiq aktları rəsmiləşdirmək
- Mağazalarda sayımlara, kassalara nəzarət etmək və üzləşmələrin aparılması
- İnternet banking, internet vergi idarəsi ilə işləmək
Namizəd üçün tələblər:
- Müvafiq sahə üzrə ali təhsil
- İş təcrübəsi müvafiq sahə üzrə minimum 3 il
- Microsoft Office proqramlarını (WORD, EXCEL) yaxşı səviyyədə bilmək
- Operativ işləmək bacarığı
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq
Şirkət təklif edir:
- Əmək haqqı: 1000-1200azn
- Əmək məcəlləsinə uyğun sənədləşmə
- İş qrafiki: 5gün saat 09:00-17:30
- İş yeri Sədərək Ticarət Mərkəzinin çıxışında ofisdə yerləşir.
Komandamızda olmaq istəyən maraqlı olan namizədlərdən CV-lərini mövzu hissəsində vəzifə adını “ Mühasib“ qeyd etməklə hr@supertoys.az ünvanına göndərə bilər.
Oxşar vakansiya siyahısı:
Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti)
PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mühasib
Mətanət A şirkəti Mühasib vəzifəsi üzrə vakansiyasını elan edir ...