Şirkət haqqında
SmartON – LG Electronics, Panasonic, Gree və Daikin kimi aparıcı markaların Azərbaycandakı rəsmi distribyutorudur. Şirkətin əsas fəaliyyəti satış və servis üzərində qurularaq növbəti xidmət növlərini təklif edir:
- Topdan və pərakəndə satış
- Korporativ satış
- SmartOn.az onlayn mağaza üzərindən satış
- Rəsmi və avtorizə olunmuş servis mərkəzləri
Vəzifə öhdəlikləri
- Mühasibat, Vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatların aparılması
- Mühasibat sənədlərinin rəsmiləşdirilməsi, gəlir və xərclər uçotunun aparılması
- Kreditor və debitorlar ilə hesablamaların qeydiyyatının aparılması
- Maliyyə hesabatlarının hazırlanması
- İşçilərin əmək haqqlarını hesablanması
Namizədə qarşı tələblər
- Mühasib dərəcəsi və ya maliyyə/mühasibatlıq sahəsində ali təhsil
- Müvafiq sahədə azı 5 il iş təcrübəsi
- Azərbaycan dilində sərbəst, rus və ingilis dillərində yazı və danışıq qabiliyyəti
- Əla kompüter bilikləri (Microsoft Office, 1C)
- Yüksək analitik düşüncə, təşəbbüskarlıq, qərar qəbul etmə, məsuliyyət, düzgünlük, dəqiqlik, biznes etikası, etibarlılıq kimi xüsusiyyətlərə sahib, daxili motivasiyalı və təşəbbükar;
- Mühasibatlığa dair beynəlxalq sertifikatları mövcud olan və ya mötəbər universitetləri yüksək göstəricilərlə bitirmiş namizədlər;
- İş qrafiki: 10:00-19:00, 5/7
- Əmək haqqı: namizədin bilik və bacarıqları müəyyənləşdirildikdən sonra rəqabətcil əmək haqqı təyin ediləcək.
- Əvvəlki iş yerlərindən yazılı xasiyyətnamənizi və cv-zi vəzifə başlığı qeyd edərək hr@smarton.az ünvanına göndərə bilərsiniz.
Əgər yuxarıda qeyd olunan tələblərə cavab verirsinizsə və bu vəzifəyə iddia etmək istəyirsinizsə müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu hissəsində göstərməklə CV-nizi və portfolionuzu hr@smarton.az elektron ünvanına göndərməyiniz xahiş olunur. Əks təqdirdə müraciətinizə baxılmaya bilər.
Oxşar vakansiya siyahısı:
Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti)
PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mühasib
Mətanət A şirkəti Mühasib vəzifəsi üzrə vakansiyasını elan edir ...