Qısa məzmun
Falcon Finance şirkəti Mühasib vəzifəsi üzrə vakansiya elan edir.
Qısa məzmun
Bank olmayan kredit təşkilatı Falcon Finance MMC Mühasib vəzifəsi üzrə vakansiya elan edir.
Elanın təsviri
- Təhsil: Ali təhsil
- İş rejimi: Tam iş günü (5 gün)
- Müqavilə: Əmək müqaviləsi
Tələblər:
- Ali təhsil (maliyyə ixtisası üzrə olması üstünlükdür)
- İş təcrübəsi: minimum 3 il
- MS Office bilikləri;
- Komanda ilə işləmə bacarığı, ünsiyyətcil, gülərüz.
Vəzifə öhdəlikləri:
- Kreditor və Debitor hesabların tətbiqi və aylıq üzləşdirilmələrin aparılması.
- Əmək haqqının hesablanması, məzuniyyətin hesablanması, son haqq-hesab, əmək haqqı kartlarının sifarişi, ezamiyyə xərclərinin hesablanması, xəstəlik vərəqələrinin hesablanması və sistemə işlənilməsi.
- Lizinq və kredit ödənişlərinin sistemə işlənilməsi.
- Bütün Bank əməliyyatların icra edilməsi.
- E-Qaimə Faktura, Elektron Vergi Hesab Fakturalarının tərtib olunması və göndərilməsi
- Vergi, DSMF, Statistika idarəsinə illik, rüblük/aylıq hesabatların hazırlanması
- Maliyyə hesabatlarının (Balans hesabatı, Mənfəət və Zərər hesabatı, Pul vəsaitlərinin hərəkəti hesabatı) hazırlanması.
- Rəhbərliyin verdiyi bütün tapşırıqları vaxtında və dəqiq olmaqla həll etmək.
- Gündəlik və aylıq hesabatların tərtib edilməsi.
İş qrafiki:
- 5 günlük iş rejimi
- İş saatı: 09:00 – 18:00
Vakansiya ilə maraqlanan namizədlərdən CV-lərini hr@falconfinance.az ünvanına mövzu hissəsində “Mühasib” qeyd etməklə yönləndirmələri xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Aznet Technologies QSC Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir.a ...
Ə/h 1000-1800 AZN. Abacus Audit And Consulting Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Askona Mühasib (Əmək haqqı və ödəmələr üzrə) vəzifəsi üzrə vakansiya elan edir. ...
Zeytun Pharmaceuticals Daxili Audit Üzrə Kiçik Mütəxəssis/ Mütəxəssis/ Aparıcı Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Oven Food Bakery Satış üzrə mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...