Mühasib
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Kanatis MMC şirkəti Mühasib vəzifəsi üzrə vakansiya elan edir.

Tələblər:

  • Ali təhsil müvafiq sahədə;
  • İş təcrübəsi: minimum 3-5 il;
  • Dil bilikləri (ingilis və rus dili  arzuolunandır);
  • MS Office bilikləri;
  • Komanda ilə işləmə bacarığı, çevik, hədəfyönümlü.

Vəzifə öhdəlikləri:

  • Təlim və kurslar: Mühasibatlıq və maliyyə təlimlərinə qatılması əlavə üstünlükdür
  • AR Vergi Məcəlləsini yüksək səviyyədə bilməli

Vəzifə haqqında məlumat:

  • Mühasibat şöbəsinin işini düzgün, qaydalara və qanunvericiliyə uyğun təşkil   etmək.
  • Mövcud olan qanunvericiliyə uyğun olaraq müəssisənin maliyyə nəticələrinin dəqiq uçotunu təşkil etmək
  • Mühasibat uçotunun aparılması qaydalarını rəhbər tutaraq mühasibat uçotunun aparılması
  • Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsi
  • Pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin inventarizasiyasının müəyyən olunmuş müddətə keçirilməsinə nəzarət və iştirak
  • E-Qaimə Faktura, Elektron Vergi Hesab Fakturalarının tərtib olunması və göndərilməsi
  • Vergi, DSMF, Statistika idarəsinə illik, rüblük/aylıq hesabatların hazırlanması
  • Rəhbərliyin verdiyi bütün tapşırıqları vaxtında və dəqiq olmaqla həll etmək
  • Gündəlik və aylıq hesabatların tərtib edilməsi
  • Aylıq xərclər smetasını planlaşdırmaq və maliyyə direktoruna təqdim edilməsi
  • Daxili təsərrüfat ehtiyatlarınının nəzarəti
  • İtkilərin və qeyri-istehsal xərclərinin aradan qaldırılması üçün tədbirləri həyata keçirir
  • Mühasibat uçotu sahəsində müasir texniki vasitələri və informasiya texnologiyalarını tətbiqini təmin etmək
  • Vergi riskləri barədə maliyyə direktoruna müntəzəm olaraq məlumatları bildirmək
  • Bütün Bank əməliyyatların icra edilməsi
  • Maliyyə hesabatlarını (Balans hesabatı, Mənfəət və Zərər hesabatı, Pul vəsaitlərinin hərəkəti hesabatı) hazırlayıb maliyyə direktoruna təqdim edilməsi (Hesabatlar maliyyə direktoru tərəfindən təsdiqlənəcək)

İş qrafiki:

  • 5 günlük iş rejimi
  • İş saatı: 09:00 – 18:00
  • Həftədə 2 gün istirahət (şənbə və bazar);
  • Korporativ nömrə ilə təmin olunur;
  • Nahar şirkət tərəfindən verilir.

Şirkət barədə məlumat:

– Şirkət consulting xidməti ilə fəaliyyət göstərir. Konsaltinq- öz biznesinin inkişafı ilə maraqlanan bir sıra hüquqi və fiziki şəxslərə maliyyə, insan resursları və mühasibatlıq sahəsi üzrə konsaltinq xidmət növüdür.

Maraqlanan və uyğun namizədlərin CV-lərini tamilla.faraczade@kanatis.com ünvanına mövzu hissəsində “Mühasib” qeyd etməklə yönləndirmələri xahiş olunur. Nəzərinizə çatdırmaq istəyirik ki, yalnız tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaqdır.

Oxşar vakansiya siyahısı:

Borcların təhlili üzrə kiçik mütəxəssis

Unibank Borcların təhlili üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Unibank

30.04.2024 - Gəncə

Mühasib

CMT Group MMC Muhasib vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

25.04.2024 - Bakı

600 — 800 ₼
Mühasib köməkçisi

“Az Protein Foods Group” MMC  Mühasib köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

24.04.2024 - Bakı

Maliyyə meneceri

AZDIZAYN GROUP Maliyyə meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

AZ Dizayn Group

23.04.2024 - Bakı

600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi

Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Embafinans

15.04.2024 - Bakı

500₼
Mühasib Kassir

CMT Group MMC Muhasib -kassir vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

06.04.2024 - Gəncə