Mühasib
vakansiya — 2023

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Kanatis MMC şirkəti Mühasib vəzifəsi üzrə vakansiya elan edir.

Tələblər:

  • Ali təhsil müvafiq sahədə;
  • İş təcrübəsi: minimum 3-5 il;
  • Dil bilikləri (ingilis və rus dili  yaxşı səviyyədə);
  • MS Office bilikləri;
  • Komanda ilə işləmə bacarığı, çevik, hədəfyönümlü.

Vəzifə öhdəlikləri:

  • Təlim və kurslar: Mühasibatlıq və maliyyə təlimlərinə qatılması əlavə üstünlükdür
  • AR Vergi Məcəlləsini yüksək səviyyədə bilməli

Vəzifə haqqında məlumat:

  • Mühasibat şöbəsinin işini düzgün, qaydalara və qanunvericiliyə uyğun təşkil   etmək.
  • Mövcud olan qanunvericiliyə uyğun olaraq müəssisənin maliyyə nəticələrinin dəqiq uçotunu təşkil etmək
  • Mühasibat uçotunun aparılması qaydalarını rəhbər tutaraq mühasibat uçotunun aparılması
  • Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsi
  • Pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin inventarizasiyasının müəyyən olunmuş müddətə keçirilməsinə nəzarət və iştirak
  • E-Qaimə Faktura, Elektron Vergi Hesab Fakturalarının tərtib olunması və göndərilməsi
  • Vergi, DSMF, Statistika idarəsinə illik, rüblük/aylıq hesabatların hazırlanması
  • Rəhbərliyin verdiyi bütün tapşırıqları vaxtında və dəqiq olmaqla həll etmək
  • Gündəlik və aylıq hesabatların tərtib edilməsi
  • Aylıq xərclər smetasını planlaşdırmaq və maliyyə direktoruna təqdim edilməsi
  • Daxili təsərrüfat ehtiyatlarınının nəzarəti
  • İtkilərin və qeyri-istehsal xərclərinin aradan qaldırılması üçün tədbirləri həyata keçirir
  • Mühasibat uçotu sahəsində müasir texniki vasitələri və informasiya texnologiyalarını tətbiqini təmin etmək
  • Vergi riskləri barədə maliyyə direktoruna müntəzəm olaraq məlumatları bildirmək
  • Bütün Bank əməliyyatların icra edilməsi
  • Maliyyə hesabatlarını (Balans hesabatı, Mənfəət və Zərər hesabatı, Pul vəsaitlərinin hərəkəti hesabatı) hazırlayıb maliyyə direktoruna təqdim edilməsi (Hesabatlar maliyyə direktoru tərəfindən təsdiqlənəcək)

İş qrafiki:

  •  5 günlük iş rejimi
  • İş saatı: 09:00 – 18:00
    Həftədə 2 gün istirahət (şənbə və bazar);
  • Korporativ nömrə ilə təmin olunur;
  • Nahar şirkət tərəfindən verilir.

Şirkət barədə məlumat:

  • Şirkət consulting xidməti ilə fəaliyyət göstərir. Konsaltinq- öz biznesinin inkişafı ilə maraqlanan bir sıra hüquqi və fiziki şəxslərə maliyyə, insan resursları və mühasibatlıq sahəsi üzrə konsaltinq xidmət növüdür.
    Maraqlanan və uyğun namizədlərin CV-lərini tamilla.faraczade@kanatis.com ünvanına mövzu hissəsində “Mühasib” qeyd etməklə yönləndirmələri xahiş olunur. Nəzərinizə çatdırmaq istəyirik ki, yalnız tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaqdır.

Oxşar vakansiya siyahısı:

KİB Kreditlərin İzlənməsi və Nəzarəti üzrə Kiçik Mütəxəssis / Mütəxəssis

PASHA Bank KİB Kreditlərin İzlənməsi və Nəzarəti üzrə Kiçik Mütəxəssis / Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

PASHA Bank

05.06.2023 - Bakı

Daxili auditor

Ə/h razılaşma yolu ilə. İnci Group of Companies Daxili auditor vəzifəsi üzrə vakansiya elan edir. ...

İnci Group of Companies

31.05.2023 - Bakı

900₼
Kredit satışı üzrə mütəxəssis ( Salyan )

Aqrarkredit Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Aqrarkredit

12.05.2023 - Salyan

Baş Mühasib

Elmanado MMC Baş Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

ELMANADO MMC

02.05.2023 - Bakı

10 AZN24 saat
CV sifariş et